Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Cari ilin əvvəlində hibrid və elektrik mühərrikli avtomobillər üçün tətbiq edilən vergi güzəştlərinin ləğvi yerli avtomobil bazarında ciddi ajiotajla qarşılanmışdı.

İlkin ehtimallara və ekspert proqnozlarına görə, qanunvericilikdəki bu dəyişikliyin ardınca ölkəyə idxal olunan, xüsusilə də son illər yollarımızda kütləviləşən Çin istehsalı avtomobillərin qiymətində ən azı 20 faizlik artım gözlənilirdi. Lakin geridə qalan aylar tamamilə fərqli və gözlənilməz bir iqtisadi mənzərəni ortaya çıxarıb.

Real bazarda nəinki proqnozlaşdırılan bahalaşma qeydə alınmayıb, əksinə, iqtisadi məntiqlə ziddiyyət təşkil edən bir tendensiya formalaşıb.

Bizim.Media xəbər verir ki, müşahidələr göstərir ki, hazırda ən çox tələb görən populyar Çin avtomobilləri ötən ilin sonundakı rəqəmlərlə müqayisədə 1000-2000 manat daha aşağı qiymətə təklif edilir.

Bəs gözləntiləri alt-üst edən bu vəziyyətin əsl səbəbi nədir?

"Ölkəyə kifayət qədər avtomobil gətirilib”

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, qiymətlərin artmamasına səbəb bazardakı bolluqdur:

"Son iki ildə ölkəyə paralel idxal vasitəsilə yəni rəsmi diler olmayan fərdi şəxslər və kiçik salonlar tərəfindən kifayət qədər avtomobil gətirilib. Ötən il isə bu proses pik həddə çatdı. Vəziyyət o yerə gəlib çatdı ki, peşəsindən asılı olmayaraq hər kəs avtomobil idxal etdi. Hibrid avtomobillər üçün tətbiq edilən güzəşt müddətinin başa çatacağı ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra bazarda kütləvi ajiotaj yarandı.

Növbəti ilin rüsumlarından azad olmaq və nəqliyyat vasitələrini ölkəyə güzəştli şərtlərlə daxil etmək məqsədilə insanlar tələsik avtomobil gətirməyə başladılar. Bu zaman gömrük rəsmiləşdirilməsi müxtəlif şəxslərin adlarına həyata keçirilirdi.

Prosesə həmçinin xüsusi investorlar cəlb edərək ölkəyə kütləvi şəkildə avtomobil idxal edən şəxslər də qoşulmuşdu. Avtomobil biznesi ilə məşğul olan bir şəxs müxtəlif miqdarda 100 min, 200 min və ya 300 min manat həcmində sərmayə yatıran investorları cəlb edir və idxal prosesini mərkəzləşdirilmiş şəkildə təşkil edirdi”.
 

Tələbi üstələyən təklif bolluğu


E.Əliyev bildirdi ki, nəticə etibarilə, bazarda tələbi kəskin şəkildə üstələyən təklif bolluğu formalaşdı. Bu vəziyyətin fonunda isə avtomobillərin satışı səngidi:

"Əvvəllər gətirilən maşını üç gün ərzində satıb mənfəət əldə etməyə öyrəşən investorlar gözlənilməz mənzərə ilə üzləşdilər. Yanvar ayında satışlar azaldı, fevralda demək olar ki, dayandı, mart ayından etibarən isə avtomobillərin bazar dəyəri kəskin şəkildə düşməyə başladı. Qiymətlərin enməsi investorları təşvişə saldı.

Yatırdıqları sərmayəni geri götürüb bazardan çıxmaq və ya gələcəkdə daha ehtiyatlı addımlar atmaq istəyən investorlar satıcıları tələsdirməyə, maşınları hətta "maya dəyərinə" satmağı tələb etməyə başladılar. Nəticədə vəsaitləri qaytarmaq məcburiyyətində qalan satıcılar çətin vəziyyətə düşdülər. Çıxış yolu kimi heç bir gəlir əldə etmədən avtomobilləri təcili satmağa başladılar”.
 

"Ucuzlaşma tendensiyası aradan qalxacaq”


Sədrin fikrincə, bu tendensiya müvəqqəti xarakter daşıyır:

"Hazırda bəzi nəqliyyat vasitələri hətta ötənilki qiymətlərdən də aşağı dəyərə təklif olunur ki, bu da bazarda unikal bir durğunluq mənzərəsi yaradıb. Ehtimal olunur ki, hazırkı avtomobil ehtiyatları tükəndikdən və ölkəyə yeni, rüsumla rəsmiləşdirilmiş partiyalar daxil olduqdan sonra qiymətlər yenidən tənzimlənəcək”.
 

İstehsalçılara və yerli istehlakçılara güzəşt


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Emin Qəribli də düşünür ki, ötən il vergi dəyişikliklərinin tətbiq ediləcəyini əvvəlcədən bilən idxalçılar kütləvi şəkildə avtomobil alaraq anbarlarda böyük ehtiyatlar formalaşdırdılar.

Məhz bu səbəbdən cari ildə bazarda dinamika və tələbat olsa da, qiymətlərdə artım müşahidə edilmir:

"Çünki mövcud stoklar hesabına təklif tələbi xeyli üstələyir. Digər mühüm amil isə avtomobillərin fiziki şəxslər tərəfindən idxal edilməsidir. Bu qəbildən olan şəxslər üçün əlavə dəyər vergisinin (ƏDV) nəzərdə tutulmaması onlara nəqliyyat vasitələrini daha rahat və rəqabətədavamlı qiymətlərlə satmağa imkan yaradır”.

E.Qəribli bildirdi ki, gələcək qiymət dinamikasını birmənalı şəkildə proqnozlaşdırmaq çətindir. Bu, bir neçə qlobal faktordan asılıdır:

"Hazırda dünyada alternativ enerji mənbələri ilə çalışan avtomobillərə qlobal bir keçid trendi var. Bu tələbata uyğun olaraq istehsal həcmi, xüsusən də Çin şirkətlərinin bazardakı payı artır. Çin hökuməti həm istehsalçılara, həm də yerli istehlakçılara müxtəlif vergi güzəştləri və subsidiyalar tətbiq edir. Ölkəmizə gətirilən avtomobillərin müəyyən bir qismi də məhz həmin yerli istehlakçılara yönəlmiş güzəştli maşınlar hesabına formalaşır”.

İqtisadçının fikrincə, əgər bu təchizat zəncirində hər hansı qırılma baş verərsə, qiymətlərin bahalaşması qaçılmaz olacaq:

"Qiymət artımını şərtləndirə biləcək əsas risk faktorlarına Azərbaycanda vergi dərəcələrinin ehtimal olunan artımı, dünyadakı geosiyasi münaqişələr fonunda logistika və nəqliyyat xərclərinin yüksəlməsi, eləcə də Çin hökumətinin subsidiyaları azaltması daxildir”. (Mənbə: "Kaspi" qəzeti)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Səudiyyə Ərəbistanı İraqa NOTA VERDİ

Səudiyyə Ərəbistanı İraqa NOTA VERDİ

End of content

No more pages to load

RADİO