"Ümid-Babək" yatağı ilə bağlı sənəd imzalandı

"Umid Babek Operation Company" (UBOC) əməliyyat şirkəti ilə "Caspian Oilfield Service"(COS) arasında "Neptun" özüqalxan qazma qurğusunun Xəzər dənizinin Azərbaycan sektorundakı "Ümid" qaz-kondensat yatağında fəaliyyətinin 2027-ci ilin sonunadək davam etdirilməsinə dair sənəd imzalanıb.

Bu barədə Bizim.Media UBOC-a istinadən xəbər verir.

Məlumata əsasən, hazırda "Neptun" qurğusu yatağın cənub qanadında mühüm qazma əməliyyatlarını icra edir.

Qurğu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə "Ümid" yatağının tarixində ən dərin quyu hesab olunan, 7 000 metrdən artıq dərinliyə malik sualtı qiymətləndirmə quyusunun qazılmasını davam etdirir.
 

Xatırlafaq ki, Neptun" özüqalxan üzən qazma qurğusu Azərbaycana qazma işləri üçün 2025-ci ilin iyununda gətirilib.


Bu, Xəzər regionunda ilk dəfə özüqalxan qurğu ilə həyata keçirilən sualtı qazma əməliyyatıdır.

"Bu layihə çərçivəsində qazanılan təcrübə dəniz qaz hasilatının sürətləndirilməsinə, mövcud ehtiyatların daha dərindən öyrənilməsinə, eləcə də UBOC-un qazma mühəndisliyi komandasının sualtı əməliyyatlar üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir", - məlumatda deyilir.

Şirkətdən bildirilib ki, "Ümid" yatağının inkişafının növbəti mərhələsinə keçid fonunda COS ilə əməkdaşlıq əldə olunan nəticələrin əsas dayaqlarından biri olaraq qalır.

Daha əvvəl "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən verilən məlumata görə, "Ümid" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata 2027-ci ilə qədər başlanılması gözlənilir.

SOCAR-ın ilkin qiymətləndirmələrinə görə, "Ümid" yatağının Balaxanı VIII, Fasilə (B, C, D), Fasilə E, Qırməkiüstü və Qırməkialtı layları üzrə ehtiyatları 129 milyard kubmetr qaz və 20 milyon ton kondensatdan ibarətdir.
 

"Ümid" yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir və Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. Yataq 2012-ci ildə istismara verilib.


"Ümid-Babək" blokunun kəşfiyyatı və işlənməsi üzrə Risk Service Contract (RSC) 2017-ci il yanvarın 12-də imzalanıb və həmin ilin mayında qüvvəyə minib. RSC çərçivəsində UBOC şirkətinin səhmdarları SOCAR (80 % iştirak payı) və "Nobel Upstream" (UK) şirkətləridir (20 %).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Putin Pezeşkianla telefonla danışdı

Putin Pezeşkianla telefonla danışdı

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Antalya Diplomatiya Forumu dünya siyasətçilərini bir araya gətirəcək

Antalya Diplomatiya Forumu dünya siyasətçilərini bir araya gətirəcək

Peskov: “Donbas sərhədlərinə çatdıqdan sonra Kiyevlə danışmaq daha çətin olacaq”

Peskov: “Donbas sərhədlərinə çatdıqdan sonra Kiyevlə danışmaq daha çətin olacaq”

İran neft emalı zavodlarının gücünü 1-2 aya bərpa edəcək - Nazir müavini

İran neft emalı zavodlarının gücünü 1-2 aya bərpa edəcək - Nazir müavini

"Ümid-Babək" yatağı ilə bağlı sənəd imzalandı

"Ümid-Babək" yatağı ilə bağlı sənəd imzalandı

Peskov: “Ukraynada davamlı sülhə “bu gün” də nail olmaq olar”

Peskov: “Ukraynada davamlı sülhə “bu gün” də nail olmaq olar”

Zaur Mikayılov: “Sənədsiz evlərə su verilməyəcək” - VİDEO

Zaur Mikayılov: “Sənədsiz evlərə su verilməyəcək” - VİDEO

İranın Vaşinqtondan fərqli olaraq əlində daha çox “kozırı” var - Amerikalı diplomat

İranın Vaşinqtondan fərqli olaraq əlində daha çox “kozırı” var - Amerikalı diplomat

Cennifer Lopez Coachella səhnəsinə parlaq bodidə çıxdı - FOTO

Cennifer Lopez Coachella səhnəsinə parlaq bodidə çıxdı - FOTO

İspaniya ilə İsrail arasında daha bir qalmaqal: Netanyahuya bənzədilən maket partladıldı - VİDEO

İspaniya ilə İsrail arasında daha bir qalmaqal: Netanyahuya bənzədilən maket partladıldı - VİDEO

Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO

Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO

X platformasının ayrıca mesajlaşma tətbiqi istifadəyə veriləcək

X platformasının ayrıca mesajlaşma tətbiqi istifadəyə veriləcək

Kişilərin evlilikdən qaçış səbəbi BU İMİŞ – Öz dillərindən ETİRAF

Kişilərin evlilikdən qaçış səbəbi BU İMİŞ – Öz dillərindən ETİRAF

Yuxusuzluğun səbəbi ilə bağlı məşhur mif dağıdıldı

Yuxusuzluğun səbəbi ilə bağlı məşhur mif dağıdıldı

Lukaşenkoya 40 il əvvəl özünün yazdığı məktub hədiyyə edildi

Lukaşenkoya 40 il əvvəl özünün yazdığı məktub hədiyyə edildi

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi

End of content

No more pages to load

RADİO