Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Cari ilin əvvəlində hibrid və elektrik mühərrikli avtomobillər üçün tətbiq edilən vergi güzəştlərinin ləğvi yerli avtomobil bazarında ciddi ajiotajla qarşılanmışdı.

İlkin ehtimallara və ekspert proqnozlarına görə, qanunvericilikdəki bu dəyişikliyin ardınca ölkəyə idxal olunan, xüsusilə də son illər yollarımızda kütləviləşən Çin istehsalı avtomobillərin qiymətində ən azı 20 faizlik artım gözlənilirdi.

Lakin geridə qalan aylar tamamilə fərqli və gözlənilməz bir iqtisadi mənzərəni ortaya çıxarıb. Real bazarda nəinki proqnozlaşdırılan bahalaşma qeydə alınmayıb, əksinə, iqtisadi məntiqlə ziddiyyət təşkil edən bir tendensiya formalaşıb.

Müşahidələr göstərir ki, hazırda ən çox tələb görən populyar Çin avtomobilləri ötən ilin sonundakı rəqəmlərlə müqayisədə 1 000-2 000 manat daha aşağı qiymətə təklif edilir. Bəs gözləntiləri alt-üst edən bu vəziyyətin əsl səbəbi nədir?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ölkəyə kifayət qədər avtomobil gətirilib"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, qiymətlərin artmamasına səbəb bazardakı bolluqdur:

"Son iki ildə ölkəyə paralel idxal vasitəsilə yəni rəsmi diler olmayan fərdi şəxslər və kiçik salonlar tərəfindən kifayət qədər avtomobil gətirilib. Ötən il isə bu proses pik həddə çatdı. Vəziyyət o yerə gəlib çatdı ki, peşəsindən asılı olmayaraq hər kəs avtomobil idxal etdi. Hibrid avtomobillər üçün tətbiq edilən güzəşt müddətinin başa çatacağı ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra bazarda kütləvi ajiotaj yarandı.

Növbəti ilin rüsumlarından azad olmaq və nəqliyyat vasitələrini ölkəyə güzəştli şərtlərlə daxil etmək məqsədilə insanlar tələsik avtomobil gətirməyə başladılar. Bu zaman gömrük rəsmiləşdirilməsi müxtəlif şəxslərin adlarına həyata keçirilirdi.

Prosesə həmçinin xüsusi investorlar cəlb edərək ölkəyə kütləvi şəkildə avtomobil idxal edən şəxslər də qoşulmuşdu. Avtomobil biznesi ilə məşğul olan bir şəxs müxtəlif miqdarda 100 min, 200 min və ya 300 min manat həcmində sərmayə yatıran investorları cəlb edir və idxal prosesini mərkəzləşdirilmiş şəkildə təşkil edirdi".

Tələbi üstələyən təklif bolluğu

E.Əliyev bildirdi ki, nəticə etibarilə, bazarda tələbi kəskin şəkildə üstələyən təklif bolluğu formalaşdı. Bu vəziyyətin fonunda isə avtomobillərin satışı səngidi:

"Əvvəllər gətirilən maşını üç gün ərzində satıb mənfəət əldə etməyə öyrəşən investorlar gözlənilməz mənzərə ilə üzləşdilər. Yanvar ayında satışlar azaldı, fevralda demək olar ki, dayandı, mart ayından etibarən isə avtomobillərin bazar dəyəri kəskin şəkildə düşməyə başladı. Qiymətlərin enməsi investorları təşvişə saldı.

Yatırdıqları sərmayəni geri götürüb bazardan çıxmaq və ya gələcəkdə daha ehtiyatlı addımlar atmaq istəyən investorlar satıcıları tələsdirməyə, maşınları hətta "maya dəyərinə" satmağı tələb etməyə başladılar. Nəticədə vəsaitləri qaytarmaq məcburiyyətində qalan satıcılar çətin vəziyyətə düşdülər. Çıxış yolu kimi heç bir gəlir əldə etmədən avtomobilləri təcili satmağa başladılar".

"Ucuzlaşma tendensiyası aradan qalxacaq"

Sədrin fikrincə, bu tendensiya müvəqqəti xarakter daşıyır:

"Hazırda bəzi nəqliyyat vasitələri hətta ötənilki qiymətlərdən də aşağı dəyərə təklif olunur ki, bu da bazarda unikal bir durğunluq mənzərəsi yaradıb. Ehtimal olunur ki, hazırkı avtomobil ehtiyatları tükəndikdən və ölkəyə yeni, rüsumla rəsmiləşdirilmiş partiyalar daxil olduqdan sonra qiymətlər yenidən tənzimlənəcək".

İstehsalçılara və yerli istehlakçılara güzəşt

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Emin Qəribli də düşünür ki, ötən il vergi dəyişikliklərinin tətbiq ediləcəyini əvvəlcədən bilən idxalçılar kütləvi şəkildə avtomobil alaraq anbarlarda böyük ehtiyatlar formalaşdırdılar.

Məhz bu səbəbdən cari ildə bazarda dinamika və tələbat olsa da, qiymətlərdə artım müşahidə edilmir:

"Çünki mövcud stoklar hesabına təklif tələbi xeyli üstələyir. Digər mühüm amil isə avtomobillərin fiziki şəxslər tərəfindən idxal edilməsidir. Bu qəbildən olan şəxslər üçün əlavə dəyər vergisinin (ƏDV) nəzərdə tutulmaması onlara nəqliyyat vasitələrini daha rahat və rəqabətədavamlı qiymətlərlə satmağa imkan yaradır".

E.Qəribli bildirdi ki, gələcək qiymət dinamikasını birmənalı şəkildə proqnozlaşdırmaq çətindir. Bu, bir neçə qlobal faktordan asılıdır:

"Hazırda dünyada alternativ enerji mənbələri ilə çalışan avtomobillərə qlobal bir keçid trendi var. Bu tələbata uyğun olaraq istehsal həcmi, xüsusən də Çin şirkətlərinin bazardakı payı artır. Çin hökuməti həm istehsalçılara, həm də yerli istehlakçılara müxtəlif vergi güzəştləri və subsidiyalar tətbiq edir. Ölkəmizə gətirilən avtomobillərin müəyyən bir qismi də məhz həmin yerli istehlakçılara yönəlmiş güzəştli maşınlar hesabına formalaşır".

İqtisadçının fikrincə, əgər bu təchizat zəncirində hər hansı qırılma baş verərsə, qiymətlərin bahalaşması qaçılmaz olacaq:

"Qiymət artımını şərtləndirə biləcək əsas risk faktorlarına Azərbaycanda vergi dərəcələrinin ehtimal olunan artımı, dünyadakı geosiyasi münaqişələr fonunda logistika və nəqliyyat xərclərinin yüksəlməsi, eləcə də Çin hökumətinin subsidiyaları azaltması daxildir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

End of content

No more pages to load

RADİO