ADY tərəfindən 2026-cı ilin mart ayında 152 min tona taxıl və dənli bitkilər daşınıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir.
Tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 116 ton olub - 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27%, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 190%, Şimal-Qərb istiqamətində isə 3% artıb.

Bizim.Media