Ötən il ölkədə 948,3 ha sahədə çay bitkisi əkilib,1204,9 ton məhsul yığılıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 5010 ha sahədə çəltik bitkisi əkilib, 22463,7 ton məhsul əldə olunub.
Həmçinin, nazirlikdən 33997,4 ha sahədə qarğıdalı bitkisinin əkildiyi və 337805,6 ton məhsul yığıldığı, 13402 ha sahədə günəbaxan bitkisinin əkildiyi və 30697,3 ton məhsul əldə olunduğu qeyd edilib.
Günay Şahmar, Bizim.Media