Azərbaycan mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov növbəti ildə manatın məzənnəsi ilə bağlı açıqlama verib.
Bizim.Media-nın məlumatına görə, AMB sədri bildirib ki, bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə üzərində qurulub.
O bildirib ki, pandemiya fonunda manatın devalvasiyası gözlənilmir.
AMB sədrinin sözlərinə götə, artıq pandemiyanın kəskin hissəsi arxada qalmağa doğru gedir:
"Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub".
Bizim.Media