Abşeron rayonu, Novxanı qəsəbəsində 35/6 kV-luq yeni yarımstansiya tikiləcək.
Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedurlara start verilib.
Belə ki, qəsəbə ərazisində yerləşən mövcud 6/0.4 kV-luq 919 saylı Paylayıcı Qurğunun (PQ) əvəzinə 35/6 kV-luq yeni yarımstansiyanın tikintisi nəzərdə tutulub.
Sözügedən işlərin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 4 105 696 manatdır.
Bizim.Media