Bu məhsullar bahalaşdı – SİYAHI

Yaxın Şərqdə davam edən savaş dünyada, o cümlədən ölkəmizdə çoxsaylı məhsullar üzrə qiymətlərin bahalaşmasına səbəb olub. Bu hal özünü təkcə neft və mavi yanacaq qiymətlərində göstərmir. Qiymət artımı yeyinti, kənd təsərrüfatı məhsullarında açıq şəkildə hiss olunur. 

Qeyd edək ki, Azərbaycan İrandan bir çox məhsul idxal edir.

Cənubdan ölkəmizə kartof, badımcan, xurma, portağal, qurudulmuş üzüm, müxtəlif şirniyyatlar və qənnadı məmulatları, habelə sement, tikinti materialları, plastik borular, polimerlər və digər kimyəvi məhsullar gətirilir.

Görəsən, yaranmış durum ölkəmizdə ən çox hansı məhsulların qiymətinə təsir edib?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, İran ətrafında yaşananlar Azərbaycanda da bəzi məhsulların bahalaşmasına səbəb olub:  

“Zamanla dinamik artım onsuz da baş verməkdədir. Bir rübdən digərinə keçəndə artıq bəzi məhsullarda müəyyən bahalaşmaların baş verdiyinin şahidi oluruq. İran ətrafında cərəyan edən proses isə bu məsələni daha da mürəkkəbləşdirib. İran üzərindən Azərbaycana kifayət qədər tranzit yükləri gəlir. Amma bu sahədə məhdudiyyətlər və bazarda həmin məhsullar üzrə qıtlığın yaranması aydın məsələdir ki, bir çox məhsullarda bahalaşmaya gətirib çıxarıb və çıxaracaq”. 

İqatisadçı qeyd edir ki, Azərbaycanın İranla ticarət dövriyyəsinin 90 faizi idxalından ibarətdir:

“Həmin ölkədən gələn məhsulların da mütləq əksəriyyəti bazarda qiymət məsələsində dirijorluq edən məqamdır. İndi bu qəbildən olan məhsulların gətirilməsinin dayandırılması qiymət sıçrayışına səbəb olub”. 

F. İbrahimovun sözlərinə görə, İrandan gətirilən kərə və bitki yağları, təmizlik ləvazimatları, habelə balığın qiymətində bahalaşma dərhal özünü göstərib:

“Hətta idxal olunan farel balığının qiyməti də bahalaşıb. Bahalaşma hardasa 10-15 faiz səviyyəsində olub”. 

İqtisadçı deyir ki, idxalda yaranan problem özünü göstərməkdə davam etsə, bahalaşma mütləq şəkildə davamlı olacaq:

“Onu da qeyd edim ki, digər ölkələr, Rusiya, Belarus və Yeni Zelandiyadan gələn kərə yağının qiymətini məhz İran yağı tənzimləyirdi. Ucuz İran yağı digər ölkələrdən gələn yağların da ucuzlaşmasına səbəb olurdu. Amma indi İran yağları bahalaşacaqsa, bu digərlərini də öz arxasınca sürükləyəcək”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir

İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Prezident və birinci xanım Tbilisidə Ulu Öndərin abidəsini ZİYARƏT ETDİLƏR

Prezident və birinci xanım Tbilisidə Ulu Öndərin abidəsini ZİYARƏT ETDİLƏR

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

ABŞ uzaqdan-uzağa İranı məğlub etmək istədi: süni intellektlə bütün xəyallar PUÇ OLDU

ABŞ uzaqdan-uzağa İranı məğlub etmək istədi: süni intellektlə bütün xəyallar PUÇ OLDU

Mesut Özilin 3-cü qızı oldu - FOTO

Mesut Özilin 3-cü qızı oldu - FOTO

Qubaya getmək istəyənlər bu yoldan istifadə etsinlər – MÜRACİƏT

Qubaya getmək istəyənlər bu yoldan istifadə etsinlər – MÜRACİƏT

Azərbaycanda debet kartlarının sayı ARTDI

Azərbaycanda debet kartlarının sayı ARTDI

Türkiyə Kubaya üzən elektrik stansiya göndərdi

Türkiyə Kubaya üzən elektrik stansiya göndərdi

“İnter” – “Roma” matçında 7 qol vuruldu - VİDEO

“İnter” – “Roma” matçında 7 qol vuruldu - VİDEO

İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət etdi

İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət etdi

AEBA-dan XƏBƏRDARLIQ – “İranın nüvə silahı hazırlamaq üçün yetərli uran ehtiyatı var” – VİDEO

AEBA-dan XƏBƏRDARLIQ – “İranın nüvə silahı hazırlamaq üçün yetərli uran ehtiyatı var” – VİDEO

Yağan yağış artıq normanı KEÇDİ

Yağan yağış artıq normanı KEÇDİ

Daşkəsəndə qayalıq ərazidə meyit tapıldı

Daşkəsəndə qayalıq ərazidə meyit tapıldı

Dağıstanda BƏND UÇDU: 2 mindən çox yaşayış binasını SU BASDI - VİDEO

Dağıstanda BƏND UÇDU: 2 mindən çox yaşayış binasını SU BASDI - VİDEO

Azərbaycanda havaya görə 3 LİMAN BAĞLANDI

Azərbaycanda havaya görə 3 LİMAN BAĞLANDI

Yol kənarı ilə gedirdi, maşın vurub öldürdü

Yol kənarı ilə gedirdi, maşın vurub öldürdü

Siyəzən-Məşrif avtomobil yolunda körpü uçdu - VİDEO

Siyəzən-Məşrif avtomobil yolunda körpü uçdu - VİDEO

Brent neftinin qiyməti 110 dolları ötdü

Brent neftinin qiyməti 110 dolları ötdü

Bakıda taksilər qiyməti kəskin qaldırdı

Bakıda taksilər qiyməti kəskin qaldırdı

Bu yollar bağlanacaq - TARİX

Bu yollar bağlanacaq - TARİX

Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

İlham Əliyev Gürcüstanda səfərdədir

İlham Əliyev Gürcüstanda səfərdədir

Məktəbdə dava: Xadimə direktora hücum etdi

Məktəbdə dava: Xadimə direktora hücum etdi

End of content

No more pages to load

RADİO