Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİRƏSMİ

Azərbaycan Mərkəzi Bankı (AMB) "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar"da dəyişikliklər edib.

Bizim.Media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
 

Məlumata görə, qurum sığorta bazarının davamlı və dayanıqlı inkişafı, sığorta xidmətlərinin istehlakçılarına qarşı ədalətli rəftarın gücləndirilməsi, sığorta xidmətlərinə ictimai etimadın gücləndirilməsi məqsədilə fəaliyyətlərini davam etdirir.


Həyata keçirilən islahatlar çərçivəsində atılan addımlardan biri də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü (avto-icbari sığorta) üzrə sığorta haqlarının müəyyən olunması mexanizmlərinin təkmilləşdirilməsidir.

Avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin istismarı zamanı III şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan əmsallar tətbiq olunmaqla müəyyən olunur.

Təyinatı sərnişin daşımaları üçün müəyyən edilən taksi avtonəqliyyat vasitələrinin mütəmadi və intensiv yol hərəkətində istifadəsi bu sahədə hadisələrin başvermə tezliyinin yüksək olması nəticəsində qəza riskinin artmasına səbəb olur.

Aparılan təhlillər şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin daşımalarında istifadə olunan taksi avtonəqliyyat vasitələrinin III şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib.

Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiq edilməsi zərurətini yaradıb.

Təhlillərə və uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq təsdiq edilmiş dəyişikliklər sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə fərqli risk əmsallarının tətbiq olunmasını əhatələndirir.

Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildə müəyyən edilməsinə, sürücülük intizamının artırılmasına, III şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahın sabitliyinin qorunmasına xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Zelenski Suriyaya getdi

Zelenski Suriyaya getdi

İranda iki etirazçı edam edildi

İranda iki etirazçı edam edildi

Həmin qız uşaq evinə yerləşdiriləcək

Həmin qız uşaq evinə yerləşdiriləcək

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

27 yaşlı gənci sel necə aparıb?

27 yaşlı gənci sel necə aparıb?

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

İranda 37 gündür internet yoxdur

İranda 37 gündür internet yoxdur

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

End of content

No more pages to load

RADİO