Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Səudiyyə Ərəbistanının dünya bazarına neft ixrac etmək üçün alternativ marşrutdan istifadə etməsi neftin qiymətini az da olsa sabit saxlayıb, yəni 1 barelin qiymətinin 200 dollara yüksəlməsinin qarşısını müvəqqəti olaraq alıb.

Bizim.Media xəbər verir ki, Hörmüz boğazından tankerlərin keçə bilməməsi Səudiyyə Ərəbistanını Şərq-Qərb neft boru kəmərini yenidən işə salmağa vadar edib.

Bu boru kəməri ölkənin şərq bölgəsində yerləşən yataqlardan nefti qərb bölgəsinə-Qırmızı dənizin sahilindəki Yanub limanındakı terminala daşınmasını təmin edir.
 

Bu gün həmin kəmər vasitəsilə Səudiyyə Ərəbistanı 5 milyon barel neft nəql edir ki, bunun da 2 milyonu daxili tələbata yönəldilir, qalan 3 milyonu isə dünya bazarına çıxarılır. Tankerlər Yanub limanına yan alaraq neft daşıya bilirlər. Bununla belə nə London nə də Nyu-York birjalarında neftin qiyməti 100 dollardan aşağı düşmür və martın 28-də hər iki birjada qiymətlər 6 faiz artıb və bu gündə 1 barelin qiyməti 100 dollardan yuxarıdır və bazar öz həssaslığını növbəti dəfə göstərir.


Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranın proksisi hesab edilən Yəmənin “Ənsər Allah” hərəkatı müharibəyə qoşulduğunu bəyan edərək Qırmızı dənizdə üzən gəmilərə, o cümlədən, neft daşıyan tankerlərə təhlükə yaradıb. Hərəkatın rəhbərləri açıq şəkildə ABŞ və onun müttəfiqlərinə məxsus gəmiləri təhdid ediblər.

Hələlik Qırmızı dənizdə gəmilərə qarşı raket zərbəsi və digər hücumlar müşahidə edilməyib. Lakin Qırmızı dənizdəki Bab-əl-Müdab boğazı hərəkat tərəfindən nəzarətdə saxlanılır. Məsələni də çətinləşdirən məqam ondan ibarətdir ki, Səudiyyə Ərəbistanının Yanub limanından neft doldurub dənizə çıxan tanker və digər gəmilər bu boğazdan keçmək məcburiyyətindədirlər.

ABŞ Prezidenti Donald Trampın İranı hədələyərək Hörmüz boğazını açmaq üçün ona verdiyi vaxtı aprelin 6-na kimi uzatsa da dünya enerji bazarında qiymətlər sabitləşmədi. İranın Hörmüz boğazını açmayacağı təqdirdə ABŞ ölkənin enerji sistemini dağıdacağını bəyan edib. Lakin bu bəyanat da İranı çəkindirmədi, bu da dünya bazarında neftin qiymətinin artma tendensiyasının davam etməsinə səbəb oldu.
 

“Bloomberg” agentliyi “Macquarie Group” bankının analitiklərinə istinadla bildirib ki, Yaxın Şərqdəki müharibə iyun ayına kimi davam edərsə və Hörmüz boğazı gəmilər üçün təhlükəli keçid olaraq qalarsa neftin 1 barelinin qiyməti 200 dollara çatacaq.


Hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazından dünya bazarına 15 milyon barel xam neft və 5 milyon ton neft məhsulları ixrac edilirdi. Hazırda bu ixrac dayanıb və dünyanın heç bir regionunda bu həcmdə neft və neft məhsulları hasil və istehsal edib dünya bazarına çıxarıb onun tələbatını ödəmək və qiymətləri aşağı salmaq potensialı yoxdur.

Bu gün neft treyderləri səbrsizliklə ABŞ-ın İrana verdiyi vaxtın bitməsini-aprelin 6-nı gözləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Qayınanasının mənzilindən oğurluq etdi

Qayınanasının mənzilindən oğurluq etdi

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

"Eşref Rüya" ilə bağlı qərar verildi

"Eşref Rüya" ilə bağlı qərar verildi

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Rasim Balayev vəfat etdi

Rasim Balayev vəfat etdi

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Paşinyana yumruq atdılar - VİDEO

Paşinyana yumruq atdılar - VİDEO

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

End of content

No more pages to load

RADİO