Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən əmək münasibətlərində cinsə görə ayrı-seçkiliyə yol verilmir. İşə qəbul, əmək şəraiti, əməkhaqqı və vəzifədə irəli çəkilmə məsələlərində qadın və kişilər üçün bərabər hüquqlar təmin olunur. Eyni və ya eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi də qanunvericilikdə təsbit edilib.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Qeyd olunub ki, ölkəmizin Əmək Məcəlləsində hamilə qadınların və azyaşlı uşaqları olan valideynlərin hüquqlarının qorunması ilə bağlı mühüm təminatlar nəzərdə tutulur.

Belə ki, əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti müəyyən edilmir. Hamilə qadınlar və uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların attestasiyası keçirilmir.

İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların müəssisənin ləğvi və əmək müqaviləsinin müddətinin bitməsi əsasları istisna olmaqla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
 

Hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı da müəyyən edilir və həmin qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Onlara qısaldılmış iş vaxtı şəraitində çalışarkən də əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.


Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar yalnız öz razılıqları olduğu halda gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilə, ezamiyyətə göndərilə bilərlər.

Eyni zamanda, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin qeyd edilən əlavə və qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Ölkəmizdə qadınların məşğulluq imkanlarının artırılması üçün son illər əmək qanunvericiliyində növbəti mühüm dəyişikliklər də edilib və həmin islahatlar Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında nümunə kimi göstərilib.

Qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən isə, hamiləliyə və doğuşa görə məzuniyyətlə bağlı müddəalar beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilib.

Belə ki, məzuniyyətin doğuşdan əvvəlki hissəsi doğuş gözlənilən tarixdən uşağın faktiki doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və həmin halda doğuşdan sonrakı hissə qısaldılmır.

Bütün bunlar əmək münasibətlərində gender prinsiplərinin gücləndirilməsinə xidmət edir və qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO