2026-cı ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 1,1 faiz, yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 7,0 faiz artıb.
Bizim.Media xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Qeyd edilib ki, bu ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0,3 faiz, yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 3,6 faiz artıb.
Bizim.Media