Azərbaycanda vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində aparılan işlər çərçivəsində əməkhaqqı kalkulyatoru yenilənərək istifadəyə verilib.
Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, yenilənmiş kalkulyator əməkhaqqının bruto və xalis məbləğinin, həmçinin qüvvədə olan qanunvericiliyə uyğun olaraq vergi və sosial ödənişlərin avtomatik və dəqiq hesablanmasını təmin edir. Bu alət işəgötürənlər və mühasiblər üçün hesablamaların operativ və düzgün aparılmasına, eləcə də vaxt itkisinin minimuma endirilməsinə şərait yaradır.
Təqdim olunan xidmət əməkhaqqı ilə bağlı hesablamalarda şəffaflığın artırılmasına və istifadəçi rahatlığının təmin edilməsinə xidmət edir.
Bizim.Media