20 – 30 mart 2026-cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə Bizim.Media-ya Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxışının təmin edilməsi məqsədilə ümumilikdə 18 bankın 280 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.
Bayram günlərində iş qrafiki:
Banklar
“Azərpoçt” MMC
Valyuta mübadilə məntəqələri
Bizim.Media