Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları və ya 0,94 % azalaraq 108,16 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbə verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.
Belə ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 103,31 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,01 ABŞ dolları və ya 0,95 % azalaraq 104,3 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Bizim.Media