"Abşeron" yatağında ilk təbii qazın hasilatına bu tarixdə başlanılacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında ilk təbii qazın hasilatına 2029-cü il sentyabrın 1-də başlanılacağı planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a "Total Energies" şirkətindən bildirilib.

Məlumata əsasən, bu layihə ilə bağlı Maliyyə İnvestisiya Qərarının bu ilin iyulunda verilməsi gözlənilir.

"Abşeron qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycana aid olan hissəsində, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşir. İşlənmənin birinci mərhələsi – İlkin Hasilat Sxemi (İHS) – tək ABD-001 quyusunun 35 kilometrlik sualtı boru kəməri vasitəsilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mövcud Neft Daşları qurğularının yaxınlığında, dayaz sularda yerləşən platformaya qoşulmasından ibarətdir.
 

Bu mərhələ 36-39 min barel gündəlik neft ekvivalenti (bne/gün) (4,2 milyon Sm3/gün qaz, 12,8 min barel/gün kondensat) uzunmüddətli maksimum hasilatın nəzərdə tutulduğu layihədir. Dayaz sahədə yerləşən İHS platformasında qaz və maye separasiya olunduqdan sonra elavə emal, saxlama və ixrac məqsədilə Neft Daşlarının qurğularına ötürülür", - şirkətdən bildirilib.


Qeyd edilib ki, Neft Daşları emal olunmuş lay suyunu öz laylarına geri vurur:

"İlk hasilat 2023-cü ilin iyul ayında elan edilib. 1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul edib: "Yatağın Tammiqyaslı İşlənməsi mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə hasilatın təmin ediləcəyi gözlənilir.

İşlənmə konsepsiyasına qaz və mayelərin emalı və ixracı məqsədilə 140 kilometrlik çoxfazalı sualtı boru kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk dövrdə gündə 35 000 barel kondensat hasil ediləcək".

Xatırladaq ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib.

Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Möminə xatun türbəsi ilə bağlı SƏRƏNCAM

Prezidentdən Möminə xatun türbəsi ilə bağlı SƏRƏNCAM

Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - FOTO

Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - FOTO

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır – FOTO

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır – FOTO

Gürcüstanın sabiq nazir müavini 10 il həbs cəzası aldı

Gürcüstanın sabiq nazir müavini 10 il həbs cəzası aldı

Bayram namazının vaxtı AÇIQLANDI

Bayram namazının vaxtı AÇIQLANDI

İran raketlərini vurmaq üçün ABŞ Türkiyədə Patriot sistemi yerləşdirdi

İran raketlərini vurmaq üçün ABŞ Türkiyədə Patriot sistemi yerləşdirdi

Fransaya casusluqda ittiham olunan Martin Ryana HÖKM OXUNDU

Fransaya casusluqda ittiham olunan Martin Ryana HÖKM OXUNDU

Karantin rejiminin müddəti UZADILDI – QƏRAR

Karantin rejiminin müddəti UZADILDI – QƏRAR

İsrailə raket hücumu nəticəsində soydaşımız YARALANDI – ÖZƏL

İsrailə raket hücumu nəticəsində soydaşımız YARALANDI – ÖZƏL

Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər işdən çıxarıldı

Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər işdən çıxarıldı

Rusiyaya gedən Astara sakini MÜHARİBƏDƏ itkin düşüb

Rusiyaya gedən Astara sakini MÜHARİBƏDƏ itkin düşüb

Lənkəranda ağır qəza: 54 yaşlı qadın xəsarət aldı - FOTO

Lənkəranda ağır qəza: 54 yaşlı qadın xəsarət aldı - FOTO

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək – FOTO

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək – FOTO

İDDİA: Müctəba Xameneinin ölkədən çıxması üçün hazırlanan təyyarə vurulub - VİDEO

İDDİA: Müctəba Xameneinin ölkədən çıxması üçün hazırlanan təyyarə vurulub - VİDEO

Yaşı 50-dən çox olanların NƏZƏRİNƏ

Yaşı 50-dən çox olanların NƏZƏRİNƏ

Musa Qurbanlı “100”ə ÇATDI

Musa Qurbanlı “100”ə ÇATDI

Əraqçi: “İran Tramp səhvini anlayana qədər döyüşəcək” - VİDEO

Əraqçi: “İran Tramp səhvini anlayana qədər döyüşəcək” - VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR

Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR

Kayli Cenner “Oskar-2026”da diqqət mərkəzinə düşdü – FOTO/VİDEO

Kayli Cenner “Oskar-2026”da diqqət mərkəzinə düşdü – FOTO/VİDEO

Avropa Parlamentinin bəzi deputatları İranı xəritədə tapa bilməyib

Avropa Parlamentinin bəzi deputatları İranı xəritədə tapa bilməyib

Bu gecə ehtimal edilən növbəti Qədr gecəsidir

Bu gecə ehtimal edilən növbəti Qədr gecəsidir

Göyçayda 16 yaşlı qız dəm qazından zəhərləndi

Göyçayda 16 yaşlı qız dəm qazından zəhərləndi

Ələt-Astara yolunda hərəkətdə olan yük avtomobilinin TƏKƏRİ PARTLADI – VİDEO

Ələt-Astara yolunda hərəkətdə olan yük avtomobilinin TƏKƏRİ PARTLADI – VİDEO

End of content

No more pages to load

RADİO