Qiyməti “od tutub yanır” - Kiloqramı 65 manata olan püstə haradan idxal olunur?

Novruz bayramına sayılı günlər qaldığı üçün çərəzlərə, meyvə qurularına tələbat da artıb. Ancaq görünür, təkcə tələbat yox, məhsulların qiymətləri də yüksəlib. Qiyməti ilə alıcıları ən çox təəccübləndirən çərəzlərin başında püstə gəlir. Hazırda bazarlarda və mağazalarda püstənin bir kiloqramı təxminən 65–70 manat arasında satılır. Bu isə bir çox alıcı üçün kifayət qədər yüksək qiymət hesab olunur və görənləri sözün əsl mənasında heyrətləndirir.

Əslində, hər il bayram ərəfəsində çərəzlərin, xüsusilə də püstənin qiymətində artım müşahidə olunur. Bayram süfrələrinin ayrılmaz hissəsi olan çərəzlərə tələbatın artması satıcıların qiymətləri yüksəltməsinə səbəb olur. Lakin bu il püstənin qiymətinin daha da bahalaşması alıcılar arasında suallar yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz


Maraqlıdır ki, püstənin qiymətinin belə yüksək olması təkcə bayramla bağlıdır, yoxsa buna başqa amillər də təsir edir?

Bizim.Media mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirlinin fikirlərini öyrənib. O bildirib ki, püstə dünyada məhdud və bahalı olan çərəzdir:

“Püstənin bazarda 65–70 manata qədər bahalaşmasının əsas səbəblərindən biri həqiqətən də bayram dövründə tələbatın kəskin artmasıdır. Bununla yanaşı, püstənin yüksək qiymətinin başqa səbəbləri də var. Əvvəla, püstə dünyada nisbətən bahalı və məhdud istehsal olunan çərəz növlərindən biridir. Məhsuldarlıq hər il eyni olmur və bəzi illərdə məhsul az olduqda qlobal bazarda qiymətlər yüksəlir. Digər tərəfdən, daşınma xərcləri, logistika, idxal rüsumları və ticarət zəncirindəki vasitəçilər də son satış qiymətinə təsir göstərir”.

Akif Nəsirli qeyd edib ki, əgər məhsul əsasən xaricdən gətirilirsə, valyuta məzənnəsi və beynəlxalq bazarda qiymət artımı da daxili bazarda qiymətin yüksəlməsinə səbəb ola bilər.

Bəs püstə Azərbaycanda yerli məhsuldurmu?

“Azərbaycanda püstə ağacları bəzi bölgələrdə yetişdirilir və təbii halda da rast gəlinir. Xüsusilə Abşeron yarımadasında və bəzi quraq iqlimli ərazilərdə püstə ağacları mövcuddur. Lakin ölkədə püstə istehsalı sənaye miqyasında geniş yayılmayıb və daxili tələbatı təmin edəcək səviyyədə deyil. Buna görə də bazarda satılan püstənin böyük hissəsi idxal məhsuludur”, - deyə iqtisadçı bildirib.

O, həmçinin püstənin idxal edildiyi ölkələri də açıqlayıb:

“Statistik məlumatlara görə, Azərbaycan püstəni əsasən bir neçə ölkədən idxal edir. Əsas tədarükçülər İran və Türkiyə hesab olunur və idxalın böyük hissəsi məhz bu iki ölkənin payına düşür. Bundan başqa, püstə ABŞ, Özbəkistan və müəyyən həcmdə Qırğızıstandan da gətirilir. Məsələn, son illərin statistikası göstərir ki, ölkəyə yüzlərlə ton püstə idxal olunur və tədarükdə İran və Türkiyə ən böyük paya malikdir.

Bu səbəbdən bazarda püstənin qiyməti təkcə yerli bazarın vəziyyətindən deyil, həm də beynəlxalq bazardakı qiymətlərdən və idxal xərclərindən birbaşa asılı olur. Bayram dövründə isə tələbatın artması bu qiymət artımını daha da sürətləndirə bilir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

XIII Qlobal Bakı Forumunda Azərbaycanın sülh və təhlükəsizlik modeli

XIII Qlobal Bakı Forumunda Azərbaycanın sülh və təhlükəsizlik modeli

"Abşeron" yatağında ilk təbii qazın hasilatına bu tarixdə başlanılacaq

"Abşeron" yatağında ilk təbii qazın hasilatına bu tarixdə başlanılacaq

1680 taksi sürücüsü test imtahanı verəcək

1680 taksi sürücüsü test imtahanı verəcək

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Gəncədə qanunsuz tikililər söküldü – FOTO/VİDEO

Gəncədə qanunsuz tikililər söküldü – FOTO/VİDEO

Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış - FOTO

Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış - FOTO

Abituriyentlərin NƏZƏRİNƏ – Qəbul imtahanlarının vaxtı açıqlandı – TARİXLƏR

Abituriyentlərin NƏZƏRİNƏ – Qəbul imtahanlarının vaxtı açıqlandı – TARİXLƏR

Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən qadın TUTULDU – VİDEO

Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən qadın TUTULDU – VİDEO

İrana qarşı əməliyyat üçün ABŞ nə qədər PUL XƏRCLƏYİB?

İrana qarşı əməliyyat üçün ABŞ nə qədər PUL XƏRCLƏYİB?

Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI

Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI

Təqaüd və müavinət alanlara ŞAD XƏBƏR

Təqaüd və müavinət alanlara ŞAD XƏBƏR

Qızıl ucuzlaşır

Qızıl ucuzlaşır

Millimizin hücumçusu Polşa klubunu TƏRK EDƏCƏK

Millimizin hücumçusu Polşa klubunu TƏRK EDƏCƏK

Bu həftə 11 günlük tətil BAŞLAYIR

Bu həftə 11 günlük tətil BAŞLAYIR

İtaliyada Qış Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirildi - VİDEO

İtaliyada Qış Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirildi - VİDEO

Bu saatlarda idman etmək sinir sistemini ÇÖKDÜRÜR

Bu saatlarda idman etmək sinir sistemini ÇÖKDÜRÜR

Dünən keçirilmiş buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI

Dünən keçirilmiş buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI

Türkiyə səmasındakı bu işıq panika yaratdı – VİDEO

Türkiyə səmasındakı bu işıq panika yaratdı – VİDEO

Mahir Emreli: "Beş dəqiqə oynasam belə, özümü sübut etməyə çalışıram"

Mahir Emreli: "Beş dəqiqə oynasam belə, özümü sübut etməyə çalışıram"

“Brent” neftinin qiyməti 105 dollara yaxınlaşdı

“Brent” neftinin qiyməti 105 dollara yaxınlaşdı

Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürdü

Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürdü

MN-dən XƏBƏRDARLIQ - "Partlayış səsləri eşidiləcək, təşvişə düşməyin"

MN-dən XƏBƏRDARLIQ - "Partlayış səsləri eşidiləcək, təşvişə düşməyin"

Bakıda moped divara çırpıldı - 21 yaşlı sürücü öldü

Bakıda moped divara çırpıldı - 21 yaşlı sürücü öldü

ABŞ İranın Xark adasında quru əməliyyata başlayacaq?

ABŞ İranın Xark adasında quru əməliyyata başlayacaq?

End of content

No more pages to load

RADİO