Kredit götürmək istəyənlərin diqqətinə! — Maaşınız 1000 manatdan azdırsa...

Bir çox vətəndaş kredit götürməyin hazırda əvvəlki illərlə müqayisədə daha çətin olduğunu bildirir. Banklara edilən müraciətlər zamanı gəlirlərin daha ciddi yoxlanılması, kredit məbləğlərinə qoyulan limitlər və borc yükünün hesablanması kimi tələblər əvvəlki dövrlərə nisbətən daha sərt tətbiq olunur. Bu yanaşma əsasən bank sektorunda risklərin azaldılması və vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaq məqsədi daşıyır. 

Son illərdə kreditlər üzrə müəyyən tənzimləmələrin tətbiqi, xüsusilə də borcun gəlirə nisbəti ilə bağlı limitlərin müəyyən edilməsi bankların kredit siyasətinə də təsir göstərib.

Bizim.Media xəbər verir ki, Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, kreditləşmə sahəsində ciddi məhdudiyyətlər və ya çətinləşdirmələr tətbiq olunmayıb:

“Mərkəzi Bankın risk əsaslı yanaşmasına uyğun şəkildə kredit kartları və bəzi kredit növləri üzrə müəyyən limitlər müəyyən edilib.

Bu çərçivədə kredit kartları üçün maksimal məbləğ həddi müəyyən olunur. Seylək (təminatsız) kreditlər üzrə isə borcun gəlirlərə nisbəti DTI (Debt-to-Income) əmsalı tətbiq edilir. Bu əmsal şəxsin gəlirlərinin onun borc öhdəliklərinə nisbətini göstərir və kreditlərin verilməsi bu göstərici əsasında tənzimlənir. 
 

Seylək kreditlər üzrə bu göstərici 45 % səviyyəsində müəyyən edilib. Yəni, bir şəxsin bütün banklarda olan təminatsız kreditləri üzrə aylıq öhdəliklərinin cəmi onun aylıq gəlirinin 45 %-dən çox olmamalıdır. Məsələn, bir şəxsin aylıq xalis gəliri 1000 manatdırsa, onun bütün kredit ödənişlərinin cəmi 450 manatdan artıq olmamalıdır. 


Bu yanaşma artıq bir neçə ildir ki, tətbiq olunur və Mərkəzi Bankın risk əsaslı siyasətinin tərkib hissəsidir.

Məqsəd şəxslərin həddindən artıq borclanmasının qarşısını almaq, borc yükünün artması səbəbindən kredit ödəmə qabiliyyətinin zəifləməsinin qarşısını almaq və eyni zamanda bankların kredit portfellərinin sağlamlığını qorumaqdır. Əvvəlki illərdə kredit kartları üzrə məbləğlər daha yüksək həddə verilirdi. Bəzən şəxsin aylıq gəlirinin 10, hətta 20 mislinə qədər kredit xətti açılırdı. Məsələn, aylıq gəliri 1000 manat olan şəxsə 10 000 manata qədər kredit kartı limiti verilə bilirdi. 

Lakin bu kreditlərdən istifadə zamanı şərtlər tam başa düşülmədikdə və ya qeyri-müntəzəm ödənişlər olduqda, həmin kreditlər sonradan problemli kreditlərə çevrilə bilirdi. Hazırda isə bu halların qarşısını almaq üçün daha ehtiyatlı və riskləri əvvəlcədən nəzərə alan siyasət həyata keçirilir.

Müəyyən limitlər və tənzimləmələr tətbiq olunaraq həm bankların kredit portfellərinin sabitliyi qorunur, həm də şəxslərin kredit tarixçəsinin pozulmasının qarşısı alınır. 

Doğrudur, bu tədbirlər nəticəsində kreditlərin sayı və bəzi hallarda məbləği müəyyən qədər azala bilər. Lakin digər tərəfdən bunun bir sıra müsbət tərəfləri var. Ən başlıcası, vətəndaşların həddindən artıq borclanmasının qarşısı alınır, banklar problemli kreditlərdən və toksik aktivlərdən qorunur, həmçinin ümumilikdə maliyyə sektorunun dayanıqlılığı artır”.

O deyib ki, banklar ölkədə iri vergi ödəyicilərindən biridir:

“Əgər problemli kreditlərin sayı artarsa və bankların gəlirləri azalarsa, bu da dolayısı ilə dövlət büdcəsinə ödənilən vergilərin və sosial ödənişlərin azalmasına səbəb ola bilər. Bu isə ümumilikdə iqtisadiyyata mənfi təsir göstərə bilər. Məhz buna görə də Mərkəzi Bankın bazarda bu cür tənzimləmə aparması əslində düzgün və zəruri siyasət hesab olunur. Bu yanaşma izafi borclanmanın qarşısını almağa və maliyyə sisteminin sabitliyini qorumağa xidmət edir. 

Əvvəlki illərdə bəzi hallarda kreditlər kifayət qədər riskli şəkildə, bəzən hətta xarici valyutada belə verilirdi. Hazırda isə bu proses daha ciddi nəzarət altındadır. Kreditlər daha çox ödəniş qabiliyyəti yüksək olan şəxslərə və risk meyarları diqqətlə qiymətləndirildikdən sonra verilir. Bu da gələcəkdə problemli kreditlərin yaranma ehtimalını xeyli azaldır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fazil Mustafa: “Güclü yağış yağanda avtomobil yolunda Balaxanı-Zabrat gölü yaranır”

Fazil Mustafa: “Güclü yağış yağanda avtomobil yolunda Balaxanı-Zabrat gölü yaranır”

Yeni doğulan körpələrin sayında AZALMA

Yeni doğulan körpələrin sayında AZALMA

Bakıdakı söküntülərlə bağlı YENİ TƏKLİF – Kompensasiya bu qaydada verilə bilər

Bakıdakı söküntülərlə bağlı YENİ TƏKLİF – Kompensasiya bu qaydada verilə bilər

Mayda 14 gün qeyri-iş günü OLACAQ

Mayda 14 gün qeyri-iş günü OLACAQ

Qarabağda işlə təmin olunanların sayı – Rayonlar üzrə STATİSTİKA

Qarabağda işlə təmin olunanların sayı – Rayonlar üzrə STATİSTİKA

Tərtərdə 19 yaşlı qadın doğuş zamanı həyatını itirdi

Tərtərdə 19 yaşlı qadın doğuş zamanı həyatını itirdi

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – SİYAHI

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – SİYAHI

Ət satışında qadağalar olsun - TƏKLİF

Ət satışında qadağalar olsun - TƏKLİF

Ötən il neçə nəfər istehsalat qəzasında həyatını İTİRİB?

Ötən il neçə nəfər istehsalat qəzasında həyatını İTİRİB?

Əli Əsədov hökumətin əsas vəzifəsini AÇIQLADI – 2032-ci ilə qədər...

Əli Əsədov hökumətin əsas vəzifəsini AÇIQLADI – 2032-ci ilə qədər...

Bakıda 200 min mənzil İNŞA OLUNACAQ

Bakıda 200 min mənzil İNŞA OLUNACAQ

Quba-Xınalıq yolunda FACİƏ – 27 yaşlı gənc həyatını itirdi

Quba-Xınalıq yolunda FACİƏ – 27 yaşlı gənc həyatını itirdi

Qarabağın bərpasına ayrılan vəsaitin həcmi AÇIQLANDI

Qarabağın bərpasına ayrılan vəsaitin həcmi AÇIQLANDI

Bu ərazilərdə yaşayan sakinlərə yeni mənzillər VERİLƏCƏK

Bu ərazilərdə yaşayan sakinlərə yeni mənzillər VERİLƏCƏK

“Ümumi nəzərdə tutulan ərazilərin üçdə biri minalardan təmizlənib” – Baş nazir

“Ümumi nəzərdə tutulan ərazilərin üçdə biri minalardan təmizlənib” – Baş nazir

Avtobus zolağında hərəkət edən “Ferrari” SAXLANILDI - FOTO

Avtobus zolağında hərəkət edən “Ferrari” SAXLANILDI - FOTO

Bu ailələrə ayda 422 manat ÖDƏNİLİB

Bu ailələrə ayda 422 manat ÖDƏNİLİB

Azərbaycan neçə ölkəyə silah ixrac edir? – RƏSMİ AÇIQLAMA

Azərbaycan neçə ölkəyə silah ixrac edir? – RƏSMİ AÇIQLAMA

Ötən il təmir olunan məktəblərin sayı AÇIQLANDI

Ötən il təmir olunan məktəblərin sayı AÇIQLANDI

Bu rayonun bəzi kəndləri BİRLƏŞDİRİLƏCƏK

Bu rayonun bəzi kəndləri BİRLƏŞDİRİLƏCƏK

Əli Əsədov: “Maaşlar və pensiyalar müntəzəm olaraq artırılır”

Əli Əsədov: “Maaşlar və pensiyalar müntəzəm olaraq artırılır”

Sumqayıtda baş verən partlayışın SƏBƏBİ BİLİNDİ

Sumqayıtda baş verən partlayışın SƏBƏBİ BİLİNDİ

Ötən il inflyasiya nə qədər olub?

Ötən il inflyasiya nə qədər olub?

Türkiyədəki güclü zəlzələnin başvermə anı – VİDEO

Türkiyədəki güclü zəlzələnin başvermə anı – VİDEO

End of content

No more pages to load

RADİO