2025-ci il ərzində 76,1 min aztəminatlı ailənin 336 min ailə üzvünə ünvanlı dövlət sosial yardımı ödənişi təmin olunub, bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 422,4 manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün ÜDSY sahəsində islahatlar davam etdirilib, ÜDSY-nin təyin edilməsi məqsədilə müəyyən edilən ehtiyac meyarının həddi 2025-ci il üçün 5,6% və ya 15,0 manat artırılaraq 285,0 manat məbləğində müəyyən edilib.
Günay Şahmar, Bizim.Media