Ötən il nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub – RƏSMİ

Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 2025-ci ildə 26% yüksələrək 99.1 milyard manat olub.

Bizim.Media bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü il ilə müqayisədə 3.4 faiz bəndi artaraq 67.6% olub. 2025-ci il ərzində POS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.

Əməkhaqqı və sosial kart sahiblərinin nağdsız ödənişlərdən istifadə vərdişlərində artım müşahidə olunur. Belə ki, 2025-ci ildə əməkhaqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 54.2%-i nağdsız formada icra olunub. Sosial kartlar vasitəsilə həyata keçirilən ödənişlərdə isə nağdsız əməliyyatların çəkisi son 3 il ərzində 9% bəndi artaraq 20%-ə bərabər olub.
 

2025-ci il ərzində bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin sayı 59.7 mln. әdәd, hәcmi isә 889.3 mlrd. manat tәşkil edib. Aparılan köçürmәlәrin say üzrә 94.4%-i, hәcm üzrә isә 82.5%-i mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb. 2025-ci il әrzindә internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi 2024-cü illә müqayisәdә 12.4% artaraq 308.9 mlrd. manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi isə 14.3% artaraq 73 mlrd. manat olub.


Hesab əsaslı ödənişlərdən istifadəyə imkan verən və 7/24 rejimində fasiləsiz fəaliyyət göstərən Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə icra edilən əməliyyatların sayı 2024-cü illə müqayisədə 12.5 dəfə, həcmi isə 90.1% artıb.

Nağdsız ödənişlərin daha aşağı xərclərlə qəbul edilməsi imkanının yaradılması məqsədilə qanunvericilik bazasına QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılmasına dair yeni tələblər əlavə edilib, ölkə üzrə vahid AZQR kod standartının tətbiqi tələb kimi müəyyən edilib. AÖS vasitəsilə 2025-ci ilin ikinci yarımili ərzində həyata keçirilən QR ödənişlərinin sayı birinci yarımillə müqayisədə 6.2 dəfə, ödənişlərin həcmi isə 7.1 dəfə artıb.

Ölkədə vahid AZQR kod standartının tətbiqi QR kod ödəniş həllinin genişlənməsini təmin etməklə, nağdsız ödənişlər üzrə formalaşan bank xərclərinin azalmasına imkan verir. Bu isə öz növbəsində milli ödəniş infrastrukturunun imkanlarından effektiv istifadəni təmin edir və lokal ödəniş həllərinin əhatəliliyinin artmasına şərait yaradır.
 

2025-ci il ərzində rəqəmsal ödənişlərin inkişafına təkan verən nəqliyyat layihəsi uğurla icra edilib. Bakı şəhərində ictimai nəqliyyatda, o cümlədən nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında və Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqlarının təmassız ödənişləri dəstəkləyən bütün bank kartları, eləcə də mobil cihazlar vasitəsilə ödənilməsi imkanı yaradılıb.


Bu həll ənənəvi ödəniş vasitələrindən asılılığı aradan qaldıraraq, istifadəçilərə ictimai nəqliyyatda bank kartları və mobil cihazlar ilə sürətli və təhlükəsiz ödəniş imkanı təqdim edir. Layihənin icrası, eyni zamanda, turistlər tərəfindən lokal nəqliyyat kartı əldə etmək zərurətini aradan qaldıraraq, ictimai nəqliyyatda beynəlxalq brendli təmassız kartlarla ödəniş etmək imkanını təqdim edib.

Mərkəzi Bank ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidi, keyfiyyəti və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün dövlət qurumları, banklar, fintexlər və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Magistraturaya qəbul üzrə ölkə birincisi MƏLUM OLDU

Magistraturaya qəbul üzrə ölkə birincisi MƏLUM OLDU

Laricanidən Trampın təhdidinə REAKSİYA

Laricanidən Trampın təhdidinə REAKSİYA

Dövlət Vergi Xidmətinin Baş İdarəsinə yeni rəis və müavin TƏYİN EDİLDİ

Dövlət Vergi Xidmətinin Baş İdarəsinə yeni rəis və müavin TƏYİN EDİLDİ

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

"Mançester Siti"nin futbolçusu La Liqaya KEÇƏ BİLƏR

"Mançester Siti"nin futbolçusu La Liqaya KEÇƏ BİLƏR

“Yaxın Şərqdəki müharibə Putinin mövqelərini gücləndirəcək” - Ukrayna Milli Bankının sədri

“Yaxın Şərqdəki müharibə Putinin mövqelərini gücləndirəcək” - Ukrayna Milli Bankının sədri

Yaxın Şərqdə GİZLİ SSENARİ – Ərəblər İranın hücumlarına niyə CAVAB VERMİR?

Yaxın Şərqdə GİZLİ SSENARİ – Ərəblər İranın hücumlarına niyə CAVAB VERMİR?

Üç bürcə XƏBƏRDARLIQ: 13-cü cümə günü "sürpriz" olacaq

Üç bürcə XƏBƏRDARLIQ: 13-cü cümə günü "sürpriz" olacaq

Rumıniya və Ukrayna birgə dron istehsal edəcək

Rumıniya və Ukrayna birgə dron istehsal edəcək

Qusarın Bədişqala kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Bədişqala kəndinin problemləri dinlənildi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Paytaxt yollarında tıxac var

Sürücülərin NƏZƏRİNƏ: Paytaxt yollarında tıxac var

Şarl Mişel: “Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib”

Şarl Mişel: “Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib”

Uşaqlara sosial şəbəkələrdən istifadə MƏHDUDİYYƏTİ – Neçə yaşdan tətbiq oluna bilər? – Bəhruz Əliyevlə MÜSAHİBƏ

Uşaqlara sosial şəbəkələrdən istifadə MƏHDUDİYYƏTİ – Neçə yaşdan tətbiq oluna bilər? – Bəhruz Əliyevlə MÜSAHİBƏ

“Şəfa” klubunda YENİ TƏYİNAT

“Şəfa” klubunda YENİ TƏYİNAT

Sabiq Prezident: Hər şey güclə həll ediləcəksə, bu, tənəzzüllə nəticələnəcək

Sabiq Prezident: Hər şey güclə həll ediləcəksə, bu, tənəzzüllə nəticələnəcək

Ötən il nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub – RƏSMİ

Ötən il nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub – RƏSMİ

Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

İranın yeni liderindən qonşu ölkələrə XƏBƏRDARLIQ

İranın yeni liderindən qonşu ölkələrə XƏBƏRDARLIQ

7 gün 30 növ tərəvəz yeyin – XEYRİNİ GÖRƏCƏKSİNİZ

7 gün 30 növ tərəvəz yeyin – XEYRİNİ GÖRƏCƏKSİNİZ

Bacılardan Kəmaləyə: “Oğlunun sənin kimi “tərbiyə” verən anası var” – FOTO

Bacılardan Kəmaləyə: “Oğlunun sənin kimi “tərbiyə” verən anası var” – FOTO

Müctəba Xameneidən xalqa İLK MÜRACİƏT

Müctəba Xameneidən xalqa İLK MÜRACİƏT

İrəvan Moskvanın hiyləgər planına “yox” DEDİ – DETALLAR

İrəvan Moskvanın hiyləgər planına “yox” DEDİ – DETALLAR

“Sovxoz Ramana”da gölü qurudanlar HƏBS OLUNDU - VİDEO

“Sovxoz Ramana”da gölü qurudanlar HƏBS OLUNDU - VİDEO

Həcc ziyarətinə hazırlaşanların NƏZƏRİNƏ – QMİ-dən mühüm AÇIQLAMA

Həcc ziyarətinə hazırlaşanların NƏZƏRİNƏ – QMİ-dən mühüm AÇIQLAMA

End of content

No more pages to load

RADİO