Şəkər tozu ucuzlaşacaq – BU TARİXDƏN

ABŞ-da şəkər fyuçersləri son iki həftənin ən aşağı səviyyəsinə geriləyib. Fyuçerslərin qiyməti  1 kiloqram üçün təxminən 30 sent olaraq qeydə alınıb. Qiymətlərin enməsində yüksək təchizat gözləntiləri rol oynayıb.

Hindistan Şəkər və Bioenerji İstehsalçıları Assosiasiyası (ISMA) məlumat verib ki, Hindistanın 2025/26-cı il məhsul ilində istehsalı 24,75 milyon ton, əvvəlki ilə nisbətən 12% artıb.

Beynəlxalq analitiklər isə gələcəkdə qlobal kakao və şəkər profisitinin davam edəcəyini bildirirlər.

Bəs, məhsul bolluğu dünyada və ölkəmizdə şəkərin qiymətinin aşağı düşməsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, dünyada şəkərin ucuzlaşması adətən şəkər idxal edən ölkələr üçün müəyyən müsbət təsirlər yaradır:

“Ola bilsin ki, qarşıdakı ayda ölkəmizdə şəkərin qiyməti bir qədər aşağı ensin. Çünki Azərbaycan də şəkərin bir hissəsini xaricdən aldığı üçün qlobal bazarda qiymətlərin enməsi idxal xərclərinin azalmasına səbəb ola bilər. Bu isə nəzəri olaraq daxili bazarda şəkərin və şəkərdən hazırlanan bəzi məhsulların qiymətinə müəyyən təzyiq yarada və qiymət artımını zəiflədə bilər. Amma təsirin gücü bir neçə amildən asılı olur.
 

Ölkədə şəkər istehsalı və emalı ilə məşğul olan müəssisələr, daxili bazarın qorunması üçün tətbiq olunan gömrük rüsumları, logistika xərcləri və manatın məzənnəsi kimi faktorlar qiymətlərin nə qədər dəyişəcəyini müəyyən edir. Yəni dünya bazarında qiymət düşsə belə, bu dəyişiklik daxili bazara dərhal və eyni səviyyədə keçməyə bilər.


Digər tərəfdən, ucuz xammal bəzi qida istehsalçıları üçün xərcləri azalda bilər. Şirniyyat, içki və digər şəkər istifadə edən məhsullar istehsal edən şirkətlər üçün bu, maya dəyərinin aşağı düşməsi deməkdir. Bu isə ya məhsul qiymətlərinin sabit qalmasına kömək edə, ya da şirkətlərin mənfəətini artıra bilər”.

Müsahibimiz hesab edir ki, qlobal bazarda qiymətlərin düşməsi yerli istehsalçılar üçün müəyyən çətinlik də yarada bilər:

“Əgər idxal olunan şəkər çox ucuzlaşarsa, yerli istehsalçılar rəqabət baxımından daha çox təzyiq hiss edə bilər. Ona görə də dövlət bəzən bazarı balanslaşdırmaq üçün tənzimləmə tədbirlərindən istifadə edir.

Ümumilikdə, dünyada şəkərin ucuzlaşması Azərbaycan üçün qida sənayesi və istehlakçılar baxımından müəyyən müsbət imkanlar yaratsa da, daxili qiymətlərə təsiri adətən məhdud və mərhələli olur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabunçu sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Sabunçu sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Masallıdakı ağır qəzanın YENİ GÖRÜNTÜLƏRİ

Masallıdakı ağır qəzanın YENİ GÖRÜNTÜLƏRİ

ABŞ klubu Nəriman Axundzadəni belə təqdim etdi - VİDEO

ABŞ klubu Nəriman Axundzadəni belə təqdim etdi - VİDEO

“TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı

“TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı

Metrodakı tüstülənmə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Metrodakı tüstülənmə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

İranın yeni lideri ayağından yaralanıb – “The New York Times”

İranın yeni lideri ayağından yaralanıb – “The New York Times”

İranla müharibədə neçə ABŞ hərbçisi yaralanıb?

İranla müharibədə neçə ABŞ hərbçisi yaralanıb?

Müdafiə Nazirliyi bu təyyarələrin görüntüsünü yaydı – VİDEO

Müdafiə Nazirliyi bu təyyarələrin görüntüsünü yaydı – VİDEO

Kilosu 1 manatdır — Təzyiqin ən güclü təbii dərmanıdır

Kilosu 1 manatdır — Təzyiqin ən güclü təbii dərmanıdır

ABŞ-da 50 ildən sonra İLK

ABŞ-da 50 ildən sonra İLK

Kafedə qadın müğənnini döyən şəxs amnistiyaya düşdü

Kafedə qadın müğənnini döyən şəxs amnistiyaya düşdü

NFC ilə ödənişdə əlavə pul çıxılır? – RƏSMİ AÇIQLAMA

NFC ilə ödənişdə əlavə pul çıxılır? – RƏSMİ AÇIQLAMA

Ən güclü intuisiya ilə doğulan BÜRCLƏR

Ən güclü intuisiya ilə doğulan BÜRCLƏR

ABŞ İrandakı əməliyyata gündəlik nə qədər xərcləyir?

ABŞ İrandakı əməliyyata gündəlik nə qədər xərcləyir?

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Demokrat.az 8 yaşında!

Demokrat.az 8 yaşında!

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Ən riskli qırmızı ət növü açıqlandı

Ən riskli qırmızı ət növü açıqlandı

Avstraliya daha 2 iranlı qadın futbolçuya sığınacaq verdi – FOTO

Avstraliya daha 2 iranlı qadın futbolçuya sığınacaq verdi – FOTO

BYD “Formula 1”ə qoşulacaq?

BYD “Formula 1”ə qoşulacaq?

Saat 10:00-dan 12:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 12:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Çin bunu da BACARDI - Poladdan 10 dəfə möhkəm…

Çin bunu da BACARDI - Poladdan 10 dəfə möhkəm…

Midyələrdə ölümcül virus AŞKARLANDI – Azərbaycana da gətirilir?

Midyələrdə ölümcül virus AŞKARLANDI – Azərbaycana da gətirilir?

Avropa çempionatı: Qadın güləşçilərimiz mübarizəyə BAŞLAYIR

Avropa çempionatı: Qadın güləşçilərimiz mübarizəyə BAŞLAYIR

End of content

No more pages to load

RADİO