Azərbaycan və İran arasında yükdaşıma bərpa olunub.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-dan etibarən bərpa olunub.
Xatırladaq ki, martın 5-də Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qərar qəbul edib.
Bizim.Media