Güzəştli ipoteka üçün müraciət edənlərin NƏZƏRİNƏ – BİRGƏ MƏLUMAT

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara limitlər ayrılıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 05 mart 2026-cı il saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 06 mart 2026-cı il saat 11:00-dan başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.
 

“Vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş "Elektron İpoteka və Kredit Zəmanət" sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində və şəffaf şəkildə qəbulunun təmin edilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri həyata keçirilmiş, tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin edilərək daimi nəzarətdə saxlanılıb.


Qeyd etmək lazımdır ki, həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə təqdim olunması əhali arasında bu kreditlərə yüksək tələb formalaşdırıb.

Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka krediti əldə etmək üçün 1522 şəxsin (ümumi müraciət 9019), güzəştli ipoteka krediti əldə etmək üçün isə 643 şəxsin (ümumi müraciət 4369) müraciəti qeydə alınıb. Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılır”, - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki kollecə yeni direktor müavinləri təyin edildi

İki kollecə yeni direktor müavinləri təyin edildi

İran səfirinin Naxçıvana dron hücumu ilə bağlı müsahibəsi - CANLI

İran səfirinin Naxçıvana dron hücumu ilə bağlı müsahibəsi - CANLI

Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan TƏXLİYƏ OLUNUR - FOTO

Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan TƏXLİYƏ OLUNUR - FOTO

“Deyir, 8 Martda həyat yoldaşı hədiyyə almadığı üçün boşananlar var” - VİDEO

“Deyir, 8 Martda həyat yoldaşı hədiyyə almadığı üçün boşananlar var” - VİDEO

Nərimanın ABŞ-a getməsi üçün İCAZƏ ALINDI

Nərimanın ABŞ-a getməsi üçün İCAZƏ ALINDI

​DTX: Qaradağda SEPAH-ın partlayıcı qurğusu aşkarlandı

DTX: Qaradağda SEPAH-ın partlayıcı qurğusu aşkarlandı

Slovakiya Prezidentindən MƏKTUB: “ İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik”

Slovakiya Prezidentindən MƏKTUB: “ İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik”

Masallıda tüfənglə insident törədən şəxs SAXLANILDI

Masallıda tüfənglə insident törədən şəxs SAXLANILDI

Naxçıvanda Ali Məhkəmənin hakimi vəfat edib

Naxçıvanda Ali Məhkəmənin hakimi vəfat edib

İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinin düşərgəsini VURDU - VİDEO

İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinin düşərgəsini VURDU - VİDEO

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak etdi - FOTO

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak etdi - FOTO

Xəmirin rahat yayılması üçün nə etməli?

Xəmirin rahat yayılması üçün nə etməli?

Sabah TDT XİN başçılarının fövqəladə sammiti KEÇİRİLƏCƏK

Sabah TDT XİN başçılarının fövqəladə sammiti KEÇİRİLƏCƏK

Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO

Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO

Üç saat ərzində İrandan 210 nəfər TƏXLİYƏ OLUNDU

Üç saat ərzində İrandan 210 nəfər TƏXLİYƏ OLUNDU

Jelka Tsviyanoviç İlham Əliyevə məktub ÜNVANLADI

Jelka Tsviyanoviç İlham Əliyevə məktub ÜNVANLADI

Bayram və istirahət günlərinə gözlənilən hava AÇIQLANDI

Bayram və istirahət günlərinə gözlənilən hava AÇIQLANDI

DTX İranın Azərbaycanda planlaşdırdığı terror cəhdinin qarşısını aldı - VİDEO

DTX İranın Azərbaycanda planlaşdırdığı terror cəhdinin qarşısını aldı - VİDEO

Bakı və daha 3 bölgədə yaşıllıqlara 63 min manatdan çox ZİYAN VURULDU

Bakı və daha 3 bölgədə yaşıllıqlara 63 min manatdan çox ZİYAN VURULDU

İlham Əliyev Çexiyanın Baş nazirinə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev Çexiyanın Baş nazirinə TƏŞƏKKÜR ETDİ

MEDİA-dan İranla bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ

MEDİA-dan İranla bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ

Sudan İranın Naxçıvana PUA hücumlarından narahatlıq ifadə edib

Sudan İranın Naxçıvana PUA hücumlarından narahatlıq ifadə edib

Bahar Lətifqızı AĞLADI: “Elə bilirəm, qardaşımı itirmişəm” - VİDEO

Bahar Lətifqızı AĞLADI: “Elə bilirəm, qardaşımı itirmişəm” - VİDEO

Əli Əsədov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumunu MÜZAKİRƏ ETDİ

Əli Əsədov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumunu MÜZAKİRƏ ETDİ

End of content

No more pages to load

RADİO