Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq – RƏSMİ

Prezident İlham Əliyev Milli Məclisin fevralın 20-də qəbul etdiyi "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, yenilik dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları üzrə proseslərin rəqəmsallaşdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, dövlət başçısının "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" 25 avqust 2025-ci il tarixli fərmanında Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin yaradılması müəyyənləşdirilib.

Həmin Fərmanla dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi, həmçinin dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasının təşkil edilməsi barədə tapşırıqlar müəyyən edilib.

Qeyd olunanlardan irəli gələrək müvafiq qanun layihəsi hazırlanıb. 

Belə ki, "Büdcə sistemi haqqında" qanuna edilmiş dəyişikliyə əsasən həmin qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Büdcə prosesi çərçivəsində sənəd dövriyyəsinin elektonlaşdırılması sözügedən sahədə inzibatçılığın azaldılmasına, müvafiq dövlət orqanının iş yükünün optimallaşmasına, büdcənin tərtibi və icrası prosesinin çevikliyinin artırılmasına xidmət edəcək.

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən "Mühasibat uçotu haqqında" qanuna müvafiq dəyişiklik edilib və "e-mühasibat" informasiya sistemi ifadəsi "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi" ifadəsi ilə əvəz olunub.

Hazırda "e-mühasibat" informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulursa, təklif olunan qanun layihəsinə əsasən informasiya sisteminin funksionallığı artırılaraq mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının (birləşdirilmiş maliyyə hesabatlarının) tərtib və təqdim edilməsinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin özündə həyata keçirilməsi təmin ediləcək.

"Dövlət satınalmaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən isə satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin ("Dövlət satınalmaları haqqında" qanununun şamil edildiyi satınalmalara dair müqavilələrin, habelə həmin Qanunun 3.2.1-ci, 3.2.4-cü, 3.2.8-ci, 3.4-cü və 3.8-ci maddələrində göstərilən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin) elektron qaydada –"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə bağlanılması, həmçinin bu proseslə bağlı bir sıra məsələlərin (aksept bildirişlərinin göndərilməsi, müddətlərin müəyyən olunması, tələb olunan məlumatları informasiya sisteminin portala ötürməsi və s.) tənzimlənməsi təmin ediləcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İpotekanı gözləyənlərin diqqətinə! - Tarix bilindi

İpotekanı gözləyənlərin diqqətinə! - Tarix bilindi

İran İsraildə hava limanını vurdu – Sərnişinlər TƏŞVİŞDƏ – VİDEO

İran İsraildə hava limanını vurdu – Sərnişinlər TƏŞVİŞDƏ – VİDEO

AFFA-dan “Neftçi”nin etirazlarına REAKSİYA

AFFA-dan “Neftçi”nin etirazlarına REAKSİYA

Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər

Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər

Bu şəxslərə ŞAD XƏBƏR - Ayın 5-i və 8-i...

Bu şəxslərə ŞAD XƏBƏR - Ayın 5-i və 8-i...

Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək, təşvişə DÜŞMƏYİN!

Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək, təşvişə DÜŞMƏYİN!

Yaxın Şərqdə MÜHARİBƏ – Neftin qiyməti hansı həddə qədər BAHALAŞACAQ?

Yaxın Şərqdə MÜHARİBƏ – Neftin qiyməti hansı həddə qədər BAHALAŞACAQ?

İlqar Hacıyevə HÖKM OXUNDU

İlqar Hacıyevə HÖKM OXUNDU

Hal-hazırda Tehran – VİDEO

Hal-hazırda Tehran – VİDEO

İranın müdafiə naziri vəzifəsini bu şəxs İCRA EDƏCƏK

İranın müdafiə naziri vəzifəsini bu şəxs İCRA EDƏCƏK

Səudiyyə rəsmisi: “Amerika bizi tərk etdi, İran raketlərinin mərhəmətinə buraxdı” – VİDEO

Səudiyyə rəsmisi: “Amerika bizi tərk etdi, İran raketlərinin mərhəmətinə buraxdı” – VİDEO

Gömrük Komitəsindən XƏBƏRDARLIQ – "Bu məhsulların ölkəyə gətirilməsi cinayət məsuliyyəti yaradır”

Gömrük Komitəsindən XƏBƏRDARLIQ – "Bu məhsulların ölkəyə gətirilməsi cinayət məsuliyyəti yaradır”

Fevralda ən çox qar bu əraziyə YAĞIB

Fevralda ən çox qar bu əraziyə YAĞIB

Küveyt üç ABŞ qırıcısını səhvən vurdu – RƏSMİ/VİDEO

Küveyt üç ABŞ qırıcısını səhvən vurdu – RƏSMİ/VİDEO

SON DƏQİQƏ! Kiprdə hava hücumu xəbərdarlığı – VİDEO

SON DƏQİQƏ! Kiprdə hava hücumu xəbərdarlığı – VİDEO

Dönməni düzgün etməsəniz, bu yolda sizi cərimə gözləyir – VİDEO

Dönməni düzgün etməsəniz, bu yolda sizi cərimə gözləyir – VİDEO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Azərbaycanla Türkiyə Yaxın Şərqdə gərginlik fonunda sıx koordinasiyanı davam etdirəcək

Azərbaycanla Türkiyə Yaxın Şərqdə gərginlik fonunda sıx koordinasiyanı davam etdirəcək

Xameneinin iqamətgahının vurulma anı – YENİ VİDEO

Xameneinin iqamətgahının vurulma anı – YENİ VİDEO

ABŞ-ın Bəhreyndəki bazası İranın zərbələrindən əvvəl və sonra – VİDEO

ABŞ-ın Bəhreyndəki bazası İranın zərbələrindən əvvəl və sonra – VİDEO

Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi

Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi

Dubayda raket hücumu nəticəsində azərbaycanlı yaralandı

Dubayda raket hücumu nəticəsində azərbaycanlı yaralandı

SON DƏQİQƏ! Oman sahillərində neft tankeri vuruldu – VİDEO

SON DƏQİQƏ! Oman sahillərində neft tankeri vuruldu – VİDEO

Rusiya vətəndaşlarının növbəti qrupu İrandan təxliyə edildi – FOTO

Rusiya vətəndaşlarının növbəti qrupu İrandan təxliyə edildi – FOTO

End of content

No more pages to load

RADİO