Azərbaycanda qoyunlar sığortalanacaq

0:00
0:00

Aqrar Sığorta Fondu dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə qoyunların və nar bağlarının güzəştli sığortasına başlayıb.

Bu barədə Bizim.Media-ya Fonddan bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı genişləndirilib.

Nəticədə indi sığorta vasitəsilə demək olar ki, bütün meyvələri, o cümlədən Kürdəmir ərazisində geniş becərilən nar bağlarını sığortalamaq mümkündür.

Aqrar sığorta meyvə bağlarını - dolu; qasırğa; fırtına; sel və subasma; leysan; şaxtavurma, normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri, ildırım; yanğın; zəlzələ, torpaq sürüşməsi və sair risklərdən qoruyur.

Fermerlər nar bağlarının hər hektarından ildə orta hesabla 5-10 min manatlıq məhsul yığırlar.

Nar bağlarının hər hektarının baza zərfi ilə sığortası fermerlərə 40-80 manata başa gələcək. Bağdakı məhsul tamamilə itirilsə, fermerlərə müvafiq olaraq 4 500-9 000 manatadək kompensasiya veriləcək. Əlavə ödənişlə nar bağlarını donvurmadan, bitki xəstəliklərindən və dolu nəticəsində keyfiyyət itkisindən də sığortalamaq olar.

Nazirlər Kabinetinin qərarı ilə sığortalanan heyvanların siyahısı da genişləndirilib və buraya südlük inəklərlə yanaşı, ətlik mal-qara (danalar) və qoyun- keçilər də daxil edilib.

Yeni tariflərlə 1 000 manatlıq inəyin sığortası fermerə 31-47 manata, 300 manatlıq keçinin sığortası 10,5 manata, 200 manatlıq qoyunun sığortası isə cəmi 7 manata başa gələcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu təsis edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Son sutkada İrana 140 aviazərbə endirdilər

Son sutkada İrana 140 aviazərbə endirdilər

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

End of content

No more pages to load

RADİO