Ötən ay Azərbaycanda tikinti sektoruna 200 milyon sərmayə yatırılıb - RƏSMİ

Bu ilin yanvar ayında Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 200,3 milyon manat təşkil edib.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
 
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 16% azdır. Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 14,3%-ə bərabər olub.

Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın 96,3 milyon manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2025-ci ilin eyni ayındakı göstəriciyə nisbətən 45,2% azalma deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 6,9%-ə bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1,406 milyard manat və ya 2025-ci ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz çox olub.

Ümumi sərmayənin 758,6 milyon manatı və ya 54,0 faizi məhsul istehsalı sahələrinin, 551,0 milyon manatı (39,2 faizi) xidmət sahələrinin, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 41,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 71,4 faizini təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 1,3 milyon manata məktəb tikiləcək

“Müharibə başlayanda Lukaşenko zəng edib, üzr istədi” – Zelenskidən SENSASİON AÇIQLAMA

Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanıb? – FOTO

Azərbaycan Çindən hibrid avtomobillərin idxalını kəskin ARTIRIB

Jurnalistikaya qəbul imtahanında esse QALMAQALI – Qaydalar DƏYİŞİR?

Astarada narkotik satanlar saxlanıldılar: Biri qadındır - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Bakı metrosunda şüşə arakəsmələr quraşdırılacaq? – RƏSMİ AÇIQLAMA

Azərbaycan və Qambiya XİN rəhbərləri arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Azərbaycan çay ixracını artırıb, idxalını isə azaldıb

Qurban Qurbanov: “Cavab oyununu şərh etmək çətindir”

Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı araşdırma BAŞLADI – Dələduzluqda ittiham olunur

Həkimlərin köməyi olmadan 8 xəstəliyi yendi, 92 yaşında işə qəbul olundu – Ərşad Əzimzadə ilə MÜSAHİBƏ

Bakıda sələmçini öldürənə AĞIR CƏZA verildi

“Tərbiyəsiz adamlar müğənni statusunda efirlərdə meydan sulayır”

Yüksək vəzifəyə təyin olunan Fuad Şahbazov icra başçısının QOHUMU İMİŞ

Bizim.Media YAZDI - Azərbaycan bayraqları yerdən YIĞIŞDIRILDI – VİDEO

Daxili İşlər Nazirliyi yanında İctimai şuranın 7 nəfərlik yeni tərkibi seçildi – Heyətdə jurnalist həmkarımız da var

Yeni aldığı evə görə 532 manat borc gəlib – VİDEO

Elnur İbrahimov vəzifəsindən AZAD EDİLDİ

"WhatsApp"a çoxdan gözlənilən FUNKSİYA GƏLDİ

"WhatsApp"a çoxdan gözlənilən FUNKSİYA GƏLDİ

Ötən ay Azərbaycanda tikinti sektoruna 200 milyon sərmayə yatırılıb - RƏSMİ

Ötən ay Azərbaycanda tikinti sektoruna 200 milyon sərmayə yatırılıb - RƏSMİ

Fuad Şahbazov yüksək vəzifəyə TƏYİN OLUNDU

Kibercinayətkarlıqla bağlı prosedurları bu qurumlar HƏYATA KEÇİRƏCƏK

Verilişdəki bu suala cavab müzakirə yaratdı – VİDEO

End of content

No more pages to load

RADİO