Kriptovalyuta bazarında son sutka ərzində "Bitcoin"də nisbi ucuzlaşma müşahidə edilsə də, digər aktivlərin dəyəri artıb.
Bizim.Media "CoinmarketCap" platformasına istinadən xəbər verir ki, “Bitcoin” bir gün ərzində 0,61% geriləyərək 68 395 dollar səviyyəsinə enib.
Ethereum isə əksinə, müsbət dinamika nümayiş etdirərək 0,94% artımla 1 988 dollara yüksəlib.
Bazarda bəzi altkoinlər də artım göstərib. Belə ki, XRP 1,20% bahalaşaraq 1,48 dollara çatıb, BNB isə 1,61% yüksələrək 626 dollar olub. Solana da artım trendini davam etdirərək 86,39 dollar səviyyəsinə qədər qalxıb.
Eyni zamanda, Dogecoin üzrə eniş müşahidə olunub — aktivin qiyməti 2,26% azalaraq 0,1002 dollara düşüb.
Ekspertlər bazardakı bu qarışıq mənzərəni qlobal maliyyə bazarlarında riskə münasibətin dəyişməsi və investorların mövqelərini yenidən formalaşdırması ilə izah edirlər.
Bizim.Media