Ölkəmizdə 1, 3 və 5 qəpiklər demək olar ki, istifadə olunmur. Yalnız böyük marketlərdə məhsul alarkən bu pul vahidi qalıq olaraq qaytarılır. Bəzi vətəndaşlar isə bu qalıqları ümumiyyətlə götürmür. Sözügedən qəpikləri “Bakıkart”da da istifadə etmək mümkün deyil. İndiki zamanda 3 və 5 qəpiyə yalnız polietilen torba almaq mümkündür. 1 qəpiyə isə satışda heç nə yoxdur.
Maraqlıdır, əhali tərəfindən artıq işlənməyən bu pul vahidi dövriyyədən niyə çıxarılmır?
MÖVZU İLƏ BAĞLI:
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, bu pulların dövriyyədən çıxarılması yox, sifarişi dayandırılmalıdır:
“Əslində, 1, 3 qəpiyin istehsalı maya dəyərindən artıq başa gəlir. Yəni, 1 və 3 qəpiyin istehsalı 5 qəpikdən daha bahadır. Son illərdə onlayn ödənişlərin, yəni kart ödənişlərinin də geniş yayıldığını nəzərə almalıyıq. Bu cəhətdən 1, 3 qəpiyin dövriyyədən çıxarılması yox, sifariş olunması dayandırılmalıdır.
Yəni, onların artıq mənası qalmır. Onlar dayandırılsa, daha məntiqli olar”.
Naibə Məmmədova, Bizim.Media