2026-cı ilin yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 284 vətəndaş müraciəti qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Müraciətlərdən 15 519-u pensiya, 12 220-si müavinət, 1 631-i Prezident təqaüdü, 8 241-i ünvanlı dövlət sosial yardımı, 1 668-i fərdi uçot və sosial sığorta, 121-i dövlət icbari şəxsi sığorta və 5 884-ü isə digər istiqamətlərlə bağlı olub.
Bizim.Media