Portağal tələbatı artır - Niyə idxaldan asılıyıq?

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 12,13 milyon ABŞ dolları dəyərində 14 min 539 ton portağal idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 faiz, kəmiyyət baxımından isə 22 faiz çoxdur. Hesabat dövründə Azərbaycan İrandan 7,56 milyon dolları dəyərində 10 min 80 ton portağal idxal edib ki, bu da əvvəlki illə müqayisədə dəyər baxımından 21 faiz, kəmiyyət baxımından isə 27 faiz azalma deməkdir.

Cənubi Afrika Respublikasından idxal dəyər ifadəsində 68 faiz artaraq 2,1 milyon dollara, kəmiyyət baxımından isə 65 faiz artaraq 1 min 856 tona çatıb.

Misirdən idxalın dəyəri 13 faiz artaraq 1,78 milyon dollar təşkil etsə də, kəmiyyət baxımından 11 faiz azalaraq 1 min 615 ton olub. Türkiyədən portağal idxalı həm dəyər, həm də kəmiyyət baxımından 41 faiz azalaraq müvafiq olaraq 684,52 min dollar və 977,4 ton təşkil edib. Çindən idxal isə dəyər ifadəsində 20 dəfə, kəmiyyət baxımından 267 dəfə artıb və faktiki həcm cəmi 5,33 ton olub. Ümumilikdə 2024-cü ildə Azərbaycana idxal edilmiş 23,2 min ton portağalın 74,6 faizi İranın payına düşüb.

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Niyə idxaldan asılıyıq?

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, portağal idxalının artımına daxili istehlakın artması, əhalinin sağlam qidalanmaya marağının yüksəlməsi, sitrus meyvələrinin ilboyu tələbat məhsuluna çevrilməsi, yerli istehsalın mövsümi və məhdud olması, eləcə də saxlama və logistika infrastrukturunun zəifliyi ilə bağlıdır.

Bəzi hallarda idxal məhsullarının yerli məhsuldan daha ucuz başa gəlməsi də bazarda idxala üstünlük verilməsinə səbəb olur:
 

"Portağal idxalının əsas hissəsi ənənəvi olaraq İranın payına düşür. İrandan idxal olunan məhsulun həcmi əvvəlki ilə nisbətən 27 faiz azalsa da, bu ölkə hələ də Azərbaycanın portağal bazarında əsas təchizatçı mövqeyini qoruyur. Bu da bazar təhlükəsizliyi baxımından riskli hesab olunur. İdxal strukturunda diqqətçəkən dəyişikliklərdən biri Cənubi Afrika Respublikasından portağal idxalının kəskin artmasıdır.


Artım əsasən mövsümi amillərlə izah olunur. Cənubi yarımkürədə portağalın yığım dövrü Azərbaycanın bazarda istehlakın yüksəldiyi vaxtla üst-üstə düşür. Bundan əlavə, Cənubi Afrika məhsullarının keyfiyyəti və uzunməsafəli daşınmalara davamlılığı idxalçıların bu bazara marağını artırır. Misirdən portağal idxalı dəyər baxımından artsa da, kəmiyyət baxımından azalıb ki, bu da məhsulun orta qiymətinin yüksəlməsi və daha keyfiyyətli sortlara üstünlük verilməsi ilə əlaqələndirilir.

Türkiyədən idxalın həm həcm, həm də dəyər baxımından azalması isə bu ölkədə daxili tələbatın artması, istehsal xərclərinin yüksəlməsi və ixracın alternativ bazarlara yönəldilməsi ilə izah olunur. Statistikada ən çox diqqət çəkən məqamlardan biri Çindən portağal idxalının 267 dəfə artmasıdır. Lakin bu göstərici ilk baxışda böyük artım təsiri bağışlasa da, faktiki həcm cəmi 5,33 ton təşkil edir. Bu artım əsasən sınaq xarakterli idxal, spesifik sortlara maraq və alternativ təchizat mənbələrinin test edilməsi ilə bağlıdır. Praktik baxımdan Çin hələlik Azərbaycan üçün portağal bazarında ciddi paya malik deyil".

"Daxili istehsal ümumi tələbatın 20 faizini ödəyir"
 

N.Əzizlinin fikrincə, hazırkı şəraitdə Azərbaycanda portağal üzrə daxili istehsal ümumi tələbatın təxminən 20 faizini ödəyə bilir:


"Portağal əsasən Lənkəran-Astara bölgəsində yetişdirilsə də, əkin sahələrinin məhdudluğu, intensiv bağçılıq texnologiyalarının zəif tətbiqi və məhsuldarlığın aşağı olması istehsalın genişlənməsinə mane olur. Bu isə bazarda idxaldan asılılığı artırır. İdxalın artması yerli fermerlər üçün də müəyyən risklər yaradır. Ucuz idxal məhsulları ilə rəqabət aparmaq çətinləşir, bazara çıxış imkanları məhdudlaşır və istehsalın gəlirliliyi azalır. Xüsusilə subsidiya mexanizmləri və bazarın qorunması yetərli olmazsa, bu, fermerlərin sitrusçuluğa marağının azalmasına səbəb ola bilər. Azərbaycanın cənub bölgələri portağal istehsalı üçün nisbətən əlverişli iqlim və torpaq şəraitinə malikdir. Lakin şaxta riski, torpaq duzluluğu, yüksək rütubət və xəstəliklər bu sahəni riskli edir. Bu səbəbdən portağal istehsalı yüksək texnologiyaların tətbiqini, elmi yanaşmanı və sığorta mexanizmlərini tələb edir".

"Portağala tələbat artıb"
 

İqtisadçı-ekspert Asif İbrahimov da düşünür ki, əvvəllər portağal hər evdə geniş istifadə olunan məhsul olmasa da, hazırda ona olan tələbat artıb. Bu, həm də meyvə şirələrinin hazırlanmasında portağaldan daha çox istifadə olunması ilə bağlıdır. Bu səbəbdən idxal qaçılmazdır:


"Portağal tez xarab olan məhsul olduğu üçün çəki itirmə və quruma riski yüksəkdir. Yaxın məsafə logistika baxımından İranı əsas təchizatçıya çevirir və bazarın təxminən 70-80 faizi bu ölkənin payına düşür. İranda hər hansı problem yarandıqda isə idxalçılar alternativ ölkələrə üz tuturlar. Dünya üzrə əsas portağal ixracatçıları Misir və Cənubi Afrika Respublikasıdır. Bu ölkələrin məhsulları həm görünüş, həm də qiymət baxımından rəqabətqabiliyyətli sayılır".

A.İbrahimov bildirib ki, sitrus meyvələri ölkəmizdə əsasən cənub bölgəsində yetişdirilir. Həmin ərazilərdə daha çox mandarin, feyxoa, limon və çay plantasiyalarına üstünlük verilir:

"Portağal istehsalının geniş yayılmamasının əsas səbəbi torpaq sahələrinin məhdudluğu və məhsulun gec bar verməsidir. Belə ki, portağal ağacı 4-6 ildən sonra məhsul verir və bu da fermer üçün iqtisadi baxımdan sərfəli hesab olunmur. Buna görə də fermerlər daha tez gəlir gətirən məhsullara, məsələn, limona üstünlük verirlər. Bu səbəblərdən dövlət dəstəyi olsa belə, yaxın perspektivdə portağal üzrə daxili istehsalın kəskin şəkildə artması real görünmür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

İsrail İranla bağlı tələblərini açıqladı

İsrail İranla bağlı tələblərini açıqladı

Əsəd sarayda oturub, “Candy Crush” oynayırmış

Əsəd sarayda oturub, “Candy Crush” oynayırmış

Zərdab rayonunun tanınmış həkimi vəfat etdi - FOTO

Zərdab rayonunun tanınmış həkimi vəfat etdi - FOTO

Portağal tələbatı artır - Niyə idxaldan asılıyıq?

Portağal tələbatı artır - Niyə idxaldan asılıyıq?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim etdi

Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO

Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO

End of content

No more pages to load

RADİO