Polis və hərbi qulluqçuların pensiya məbləği necə hesablanacaq? – AÇIQLAMA

“Pensiyaların indeksləşdirilməsindən sonra ən çox verilən suallardan biri də qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin bu imkandan yararlana bilib-bilməməsi ilə bağlıdır. Qeyd edək ki, söhbət daha çox pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularından gedir.

Hazırda bu kateqoriya üzrə vətəndaşlarımızın sayı 99 min nəfərdir. Daha çox da suallar pensiyaya çıxmış hərbçilərin pensiyaların indeksləşdirilməsi və pensiyaların artıb-artmaması ilə bağlı olur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabından yazdığı statusda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Bayramovdan Avropa İttifaqının ayırdığı 2 milyard avro haqda AÇIQLAMA


Deputatın sözlərinə görə, “Əmək Pensiyaları” haqqında qanuna uyğun olaraq bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığı üçün indekləşdirmə onların pensiyalarının ümumi məbləğinə aid edilmir.

Lakin…

“Bununa belə, Azərbaycan Prezidentinin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq”, - Vüqar Bayramov əlavə edib.

Millət vəkili pensiyaçıların maddi yardımı nə zaman ala biləcəyinə də aydınlıq gətirib:

“Yeni Sərəncam cənab Prezident tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.

Bu isə o deməkdir ki, Nazirlər Kabineti bu kateqoriyadan olan vətəndaşlarımızın pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini martın 8-dək dövlət başçısına təqdim edəcək. 

Deməli, qısa zamanda pensiyaya çıxmış hərbçilərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularının da pensiyalarında artımlar olmaqla 2022-ci ildə maddi yardım ala biləcəklər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

End of content

No more pages to load

RADİO