Azərbaycan-İsrail biznes forumunda iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTO/VİDEO

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.
 

Müxtəlif istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsi üçün böyük potensial var. Tərəflər iqtisadi işbirliyinin hüquqi bazasının möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Birgə investisiya layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.


Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, əczaçılıq, kənd təsərrüfatı, texnologiyalar, su təchizatı və idarəçiliyi, nəqliyyat-logistika, kibertəhlükəsizlik, bankçılıq, turizm və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.

Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıb. Qeyd olunub ki, yüksəksəviyyəli təmaslar ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmli rol oynayır. Ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib.
 

İsrail ilə geniş spektrli sahələr üzrə qarşılıqlı faydalı tərəfdaşlıq formalaşıb. Bununla yanaşı, ölkələrimiz arasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə işbirliyinin təşviqi üçün geniş imkanlar var. İqtisadiyyat naziri Azərbaycanın cəlbedici investisiya mühiti, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verib, forumda aparılan müzakirələrin yeni təşəbbüslərin gerçəkləşdirilməsinə, işgüzar əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.


İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan-İsrail münasibətlərinin dinamik inkişafını yüksək qiymətləndirib, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. İqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün mütəmadi dialoqun və birgə layihələrin artırılmasının vacibliyi vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev İsraillə iqtisadi əməkdaşlığın inkişafında təşkil edilən tədbirlərin, işgüzar əlaqələrin töhfələrini qeyd edib, biznes tərəfdaşlığı haqqında fikirlərini bölüşüb.
 

Tədbirdə Ələt Azad İqtisadi Zonası, İqtisadi Zonaların İnkişafı Agentliyi və AZPROMO nümayəndələri tərəfindən Azərbaycanın Xəzər regionunda strateji biznes mərkəzi kimi rolu, ölkəmizin investisiya potensialı barədə təqdimatlar keçirilib.


Forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İsrail İstehsalçılar Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir zamanı B2B və B2G görüşlər təşkil olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail bir gündə İranın 200-dən çox hərbi hədəflərini vurub

İsrail bir gündə İranın 200-dən çox hərbi hədəflərini vurub

“Gəncə” “Sabah”a MƏĞLUB OLDU

“Gəncə” “Sabah”a MƏĞLUB OLDU

Bakıda İMƏCİLİK: 537 küçə yuyuldu - FOTO

Bakıda İMƏCİLİK: 537 küçə yuyuldu - FOTO

Emin Ağalarovdan əkizləri ilə bağlı PAYLAŞIM - VİDEO

Emin Ağalarovdan əkizləri ilə bağlı PAYLAŞIM - VİDEO

Bu bürclər xoşbəxtlik gətirir: Onların yaxınlığında şanslı zolaq başlayır

Bu bürclər xoşbəxtlik gətirir: Onların yaxınlığında şanslı zolaq başlayır

Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısını UZATDILAR

Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısını UZATDILAR

“Sabah” “İmişli”ni darmadağın etdi - VİDEO

“Sabah” “İmişli”ni darmadağın etdi - VİDEO

SEPAH ABŞ banklarının Yaxın Şərqdəki filiallarına HÜCUM EDİB - VİDEO

SEPAH ABŞ banklarının Yaxın Şərqdəki filiallarına HÜCUM EDİB - VİDEO

"Nə yaxşı mənim uşaqlarım elə olmadı" - VİDEO

"Nə yaxşı mənim uşaqlarım elə olmadı" - VİDEO

Siyəzəndə dəm qazı CAN ALDI

Siyəzəndə dəm qazı CAN ALDI

Kipr klubunun üzvü “Qarabağ”a keçməyə RAZILIQ VERDİ

Kipr klubunun üzvü “Qarabağ”a keçməyə RAZILIQ VERDİ

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

End of content

No more pages to load

RADİO