Rayonlarda evi neçəyə almaq olur? – Qiymətlər

“Fərdi yaşayış evlərinin ucuz və ya baha olması ilk növbədə rayonun iqtisadi inkişaf səviyyəsi və infrastruktur imkanları ilə birbaşa bağlıdır. İnkişaf etmiş rayonlarda torpaq bazarı daha aktiv olur, tikinti xərcləri yüksəlir və nəticədə evlərin satış qiymətləri də baha olur”.

Bizim.Media “banker.az”a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
 

AQC sədrinin sözlərinə görə, o rayonlarda ki, istehsal müəssisələri fəaliyyət göstərir, əhali üçün daimi iş imkanları mövcuddur və sosial-iqtisadi sabitlik təmin edilib, həmin ərazilərdə fərdi yaşayış evləri daha yüksək qiymətə təklif olunur: “Bu həm alıcılıq qabiliyyəti, həm də tələbatın çoxluğu ilə izah olunur.


Digər mühüm amil isə turizm potensialıdır. Turizmin inkişaf etdiyi, yerli və xarici turistlərin maraq göstərdiyi rayonlarda fərdi yaşayış evləri həm yaşayış, həm də investisiya məqsədilə daha çox alınır. Bu da qiymətlərin yüksəlməsinə səbəb olur. Məsələn, Qəbələ və Zaqatala bu baxımdan xüsusilə fərqlənir. Həmçinin Lənkəran rayonu da iqlimi və turizm imkanlarına görə ətraf rayonlarla müqayisədə daha baha qiymətlərə malikdir.

Bundan başqa, Quba, Qusar regionu turizmin sürətlə inkişaf etdiyi ərazilərdən sayılır və bu amil burada evlərin qiymətlərini yüksəldir. Şamaxı və İsmayıllı rayonlarında da son illər turizm və infrastruktur layihələrinin artması fonunda fərdi yaşayış evlərinin dəyəri nəzərəçarpacaq dərəcədə artıb.
 

Ümumilikdə demək olar ki, turizmin və iqtisadi aktivliyin yüksək olduğu rayonlarda fərdi yaşayış evlərinin qiymətləri digər bölgələrlə müqayisədə daha bahadır. Bu cür rayonlarda 1 kvadratmetr üzrə orta qiymətlər təxminən 700-1000 manat aralığında dəyişir.


Əksinə, iqtisadi baxımdan nisbətən zəif inkişaf etmiş, iş imkanları və infrastruktur səviyyəsi məhdud olan rayonlarda fərdi yaşayış evlərinin qiymətləri daha aşağıdır. Bu tip ərazilərdə 1 kvadratmetrin qiyməti orta hesabla 250-400 manat arasında dəyişə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski və həyat yoldaşının varidatı açıqlandı

Zelenski və həyat yoldaşının varidatı açıqlandı

Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Nərimanovda güclü yanğın - VİDEO

Nərimanovda güclü yanğın - VİDEO

Şuşa şəhərinin küçələri qardan belə təmizlənir – FOTO

Şuşa şəhərinin küçələri qardan belə təmizlənir – FOTO

Rəqsanə AĞLADI: “Efirdə hər şeyi danışmaq olmur” - VİDEO

Rəqsanə AĞLADI: “Efirdə hər şeyi danışmaq olmur” - VİDEO

“Səbail” bu futbolçu ilə müqavilə BAĞLADI

“Səbail” bu futbolçu ilə müqavilə BAĞLADI

İlham Əliyev Adrian Makdonaldla görüşdü – FOTO

İlham Əliyev Adrian Makdonaldla görüşdü – FOTO

“Qarabağ” play-off-un bir ADDIMLIĞINDA – “Ayntraxt”la görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

“Qarabağ” play-off-un bir ADDIMLIĞINDA – “Ayntraxt”la görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

Hərbi xidmətdən möhlət alan şəxslərə VACİB XƏBƏR: "Ölkədən çıxışınıza məhdudiyyət qoyula bilər"

Hərbi xidmətdən möhlət alan şəxslərə VACİB XƏBƏR: "Ölkədən çıxışınıza məhdudiyyət qoyula bilər"

“Range Rover”lə təhlükəli manevr edən sürücü belə saxlanıldı – ANBAAN VİDEO

“Range Rover”lə təhlükəli manevr edən sürücü belə saxlanıldı – ANBAAN VİDEO

Lerikdə 50-yə yaxın kənd işıqsız qaldı - FOTO

Lerikdə 50-yə yaxın kənd işıqsız qaldı - FOTO

Ağdamı “doğma vətən” adlandıran Simonyanın KARYERASINA SON – Paşinyandan yeni namizəd

Ağdamı “doğma vətən” adlandıran Simonyanın KARYERASINA SON – Paşinyandan yeni namizəd

2026-cı ildən bu mexanizm mərhələli şəkildə ləğv ediləcək — Pensiya alanların NƏZƏRİNƏ

2026-cı ildən bu mexanizm mərhələli şəkildə ləğv ediləcək — Pensiya alanların NƏZƏRİNƏ

Gəncədə AĞIR QƏZA – Yaralananlar var

Gəncədə AĞIR QƏZA – Yaralananlar var

Naxçıvanda vətəndaşların üzərinə traktor sürülüb? - Rəsmi cavab – VİDEO

Naxçıvanda vətəndaşların üzərinə traktor sürülüb? - Rəsmi cavab – VİDEO

“Sülh şəraitində yaşamağa öyrəşirik, bu, xoş hissdir” - Prezident

“Sülh şəraitində yaşamağa öyrəşirik, bu, xoş hissdir” - Prezident

Onlar üçün Çempionlar Liqası mövsümü bitdi

Onlar üçün Çempionlar Liqası mövsümü bitdi

İlham Əliyev Çexiyaya rəsmi səfərə dəvət edildi – FOTO

İlham Əliyev Çexiyaya rəsmi səfərə dəvət edildi – FOTO

Azərbaycanda çoxnikahlılığa icazə veriləcək? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda çoxnikahlılığa icazə veriləcək? – RƏSMİ AÇIQLAMA

İlham Əliyev Davosda Konnor Teski ilə görüşdü – FOTO

İlham Əliyev Davosda Konnor Teski ilə görüşdü – FOTO

Mark Andre ter Ştegen "Barselona"dan ayrıldı

Mark Andre ter Ştegen "Barselona"dan ayrıldı

Ukraynadan qorxunc XƏBƏRDARLIQ – Rusiya bu dörd şəhəri ələ keçirməyə hazırlaşır – ÖZƏL

Ukraynadan qorxunc XƏBƏRDARLIQ – Rusiya bu dörd şəhəri ələ keçirməyə hazırlaşır – ÖZƏL

FAKTİKİ HAVA: Lerikdə qarın hündürlüyü 1 metrdən çoxdur

FAKTİKİ HAVA: Lerikdə qarın hündürlüyü 1 metrdən çoxdur

UEFA qadağa qoysa da, onlar Bakıya gəldi

UEFA qadağa qoysa da, onlar Bakıya gəldi

End of content

No more pages to load

RADİO