Qlobal gərginlik enerji bazarlarını “VURDU” – Neft qiymətlərində KƏSKİN DƏYİŞİKLİK

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Dünyada siyasi vəziyyət gərgin olaraq qalır. ABŞ iki ayağını bir başmağa dirəyib ki, Qrelandiya adası onun yeni bir ştatına çevrilsin. Bir tərəfdən də İran kimi neft-qaz ölkəsi elə çaxnaşma ilə üzləşdi ki, orada bundan sonra sabitliyin bərqərar olması həqiqətən çətin olacaq. Çünki ortada tökülən qan var, özü də bir deyil, iki deyil. Bu proseslər isə təbii ki, qlobal enerji bazarlarına birbaşa təsir göstərir. Çünki enerji bazarları stabillik amilinə daha həssasdır.

Qlobal bazarlar

Ona görə də yola saldığımız həftə ərzində “qara qızıl”ın qiyməti özünün dəyişkənliyi ilə yadda qaldı.
 

MÖVZU İLƏ BAĞLI:

Neft qiymətləri ilə bağlı mühüm xəbər: 53 dollarlıq ssenari nə vəd edir?


Əgər Brent markalı neftin qiymət dinamikasına nəzər yetirsək, görərik ki, həftənin əvvəlində onun hər bareli 63,47 dollara satılırdısa, sonrakı gün 1,6 dollar artım nümayiş etdirdi. Yanvarın 14-də isə 66,82 dollar göstəricisi ilə 2025-ci ilin sentyabrın sonundan sonra ən yüksək qiymət həddinə çatdı.

Amma maraqlı hallar sonra başladı. Artıq bir gün sonra Brent markalı neftin ən ucuz partiyası 63,45 qiymətinə satıldı. Düzdür, sonradan itirlmiş mövqeləri bir qədər bərpa etsə də, amma həftə sonu yenidən həftə əvvəlində satılan göstəricilərə qayıtdı. Bəs neft niyə özünü belə apardı? Sualın cavabı yenə də dünyada cərəyan edən siyasi gərginliyin dəyişkənliyinə bağlıdır.

Neft qiymətlərinin üzüyuxarı sıçrayışlı yüksəlişi İrandakı qeyri-stabillik fonunda Amerikanın mümkün hava zərbələri endirmək ehtimalının artımından qaynaqlanırdı.

Amma bir qədər sonra ardı-ardınca bu gərginliyin səngiməsinə dair mesajlar gəldi. Əvvəlcə, ABŞ prezidenti Donald Tramp bəyan etdi ki, Vaşinqtonda İran hakimiyyətinin artıq çoxgünlük etirazların iştirakçılarını "edam etmək planları" olmadığı barədə məlumatlar var. Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi isə ABŞ-ı danışıqlara çağıraraq bildirib ki, "İran danışıqlara, diplomatiyaya hazırdır".

Bazar iştirakçıları üçün ikinci pozitiv siqnal Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigezin ABŞ prezidentinə zəng etməsi oldu. Tramp isə həmin dialoqa toxunaraq "Bu gün əla söhbətimiz oldu” deyərək Venesuelanın müvəqqəti rəhbərini “O, bizimlə yaxşı işləyən insandır" kimi xarakterizə edib.


Neft qiymətlərini həftə sonu üzüaşağı çəkən digər amil isə ABŞ Enerji Administrasiyasının ölkənin həftəlik neft ehtiyatlarının 3,39 milyon barel artımına dair açıqlaması, həmçinin Venesuela neftinin ABŞ-yə daşınması ilə bağlı xəbərlər oldu.      

Kiçik SES-lərin böyük imkanları

Yola saldığımız həftə Azərbaycan Prezidenti İlham Əliyev Ağdərə rayonunda 14,7 meqavat gücə malik "Qozlukörpü" su elektrik stansiyasının açılışında iştirak edib.

Stansiyanı ərsəyə gətirən "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına məlumat verib ki, bu stansiyanın fəaliyyəti nəticəsində il ərzində orta hesabla 43 mln kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da 9,5 mln kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.
 

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə ötən il 38 su elektrik stansiyası istismarda olub. Layihə gücləri 307 MVt olan bu stansiyalardan 2025-ci ildə 750 milyon kV/saat elektrik enerjisi  istehsal edilib. Nəticədə 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.


Qeyd edim ki, bu həcmdə elektrikin 200 mln kVtsaatından çoxu Qarabağ və Şərqi Zəngəzurun ehtiyaclarının ödənilməsinə sərf edilib, yerdə qalan hissəsi isə ölkəmizin enerji sisteminə verilib.

Tamaşaçılarımıza xatırtlatmaq istərdim ki, hələ 2021-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına başlayanda Azərbaycan Prezidenti cənab İlham Əliyev hökumətə tapşırıq vermişdi ki, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası olmalı və burada elektrikə olan tələbat təbii qaz yandırılmadan əldə edilməlidir. Bu gün biz görürük ki, dövlət başçısının tapşırıqları tam şəkildə həyata keçirilib və gələcək inkişaf mərhələsində yeni istehsal güclərinin istismara verilməsi ilə bu göstəricilər daha da artacaq. 

Dövlət başçısına verilən məlumata görə, Tərtərçayın böyük hidroenerji potensialı var və onun üzərində 30 su elektrik stansiyasının quraşdırılması müəyyən edilib. Onlardan artıq 22 stansiya "Azərenerji" tərəfindən istismardadır, 5 elektrik stansiyasının tikintisi icra olunur, daha 3-nün isə inşası nəzərdə tutulur. Bir vacib məsələ də var ki, Tərtərçayın su ehtiyatları tamamilə ölkə daxilində formalaşır və bu Azərbaycanın enerji təhlükəsizliyi üçün önəmli amildir.

“Yaşıl enerji” statistikası

Energetika Nazirliyinin ötən ilin enerji yekunlarına dair açıqladığı məlumata əsasən, 2025-ci ildə Azərbaycanda bütün mənbələrdən istehsal edilən 28 mlrd  657,5 mln kVtsaat elektrik enerjisinin 3 mlrd 612 mln kVtsaatı və ya 12,6%-i “yaşıl enerji”nin payına düşüb.
 

Alternativ enerji mənbələrindən alınan enerjinin istehsalı 162,3 mln kVtsaat artım qeydə alınıb. Külək turbinlərindən əldə edilən elektrik enerjisinin həcmi 169,7 mln kVtsaat, günəş enerjisi isə 600 mln kVtsaata yaxın olub. 


Bir məsələni xüsusi ilə vurğulamaq istərdim ki, ötən il Azərbaycanda külək turbinlərindən alınan enerjidə 3,3 dəfə artım qeydə alınıb. Diqqətli oxucularda məntiqi sual yarana bilər ki, axı ötən il ölkəmizdə yeni külək elektrik stansiyaları istifadəyə verilmədiyi halda, bu artım nəyin hesabına əldə edilib? Tamamilə doğrudur. Azərbaycanın böyük gücə malik ilk külək elektrik stansiyasının açılışı bu ayın 8-də baş tutub. Amma “Xızı-Abşeron” elektrik stansiyasında quraşdırılmış hər biri 6.5 MVt gücündə olan 37 turbin ötən ilin oktyabrından etibarən test rejimində çalışmış və nəticədə küləkdən alınan enerjinin istehsalı artıb.

Bəs onda bu il vəziyyət necə olacaq?

Külək enerjisi günəşi xeyli üstələyəcək, çünki külək turbinlərindən 1 milyard kVtsaat həcmində elektrikin alınması planlaşdırılır. Amma 2027-ci ildən başlayaraq yenə də günəş enerjisi önə keçəcək və nəzərə alsaq ki, ölkənin ən iri alternativ enerji mənbəli elektrik stansiyalarının istifadəyə verilməsi məhz 2027-2028-ci illərə təsadüf edəcək, onda buna şübhə etməyə əsas da qalmır.
 

Amma həqiqətən də bir müddət keçəcək və Azərbaycan “yaşıl enerji” hesabına ildə 7-8 mlrd kVtsaat elektrikin alınması reallığa çevriləcək. Bu isə ildə təqribən 1,5 mlrd kubmetr təbii qaza qənaət etməyə imkan yaradacaq, hansı ki, həmin mavi yanacaq həcmlərini qlobal bazara çıxarmaqla ölkəmiz daha çox gəlir əldə etməyə nail olacaq.


Avropada qaz qiymətləri

Qazdan söz düşmüşkən, yola saldığımız həftə Avropada havaların soyuq keçməsi səbəbindən mavi yanacağın qiyməti 55 dollar artım nümayiş etdirib. Niderlandın TTF qaz qovşağında təhvil verilməklə satılan qazın 1000 kubmetrinin qiyməti yanvarın 15-də 402 dollara qədər artıb.

Avropa bu il qaz sarıdan korluq çəkməsə də, amma bu bazarda cari ildə qiymətlərin 450 dollaradək yüksələcəyi proqnoz edilir. Çünki Rusiyanın boru qazının bazardakı payı kiçildikcə, onun əvəzini daha bahalı olan maye qaz tutur.

Azərbaycanın Avropaya qaz ixracı

Azərbaycan isə Avropaya ixrac etdiyi qaz həcmlərini iki ildir ki, stabil şəkildə saxlaya bilib. Energetika Nazirliyinin açıqlamasına görə, ötən il Azərbaycan Avropa bazarlarında 12,8 mlrd kubmetr həcmində qaz satmağa nail olub.

Yanvarın 16-da SOCAR-ın rəsmi açıqlamasına görə, Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb. İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Nəticədə Azərbaycan qazını alan ölkələrin sayı 16-ya, Avropada isə 13-ə çatıb.
 

Mənim enerji sektorundakı qaynaqlardan əldə etdiyim məlumata görə, Almaniya 2026-cı ildən başlayaraq ildə 1,5 mlrd kubmetr Azərbaycan qazı idxal edəcək, Avstriyaya nəql edilən qazın həcmi isə 1 milyard kubmetrədək olacaq.


Azərbaycan qazının Avropa bazarlarında ixrac coğrafiyasının genişlənməsi ilk növbədə istehlakçı məmnunluğunun nəticəsidir, yəni son beş ilin təcrübəsi göstərdi ki, Azərbaycan qaz tədarükündə sözünün üstündə duran birt tərəfdaş olmaqla yanaşı, həmçinin mavi yanacağın ildən ilə həm hasilatının, həm də ixracının artımını təmin edən bir ölkə kimi özünü Avropanın qaz təminatında yeni oyunçu olmaqla təsdiqləyib. Bunun nəticəsidir ki, Almaniya hökumətinin nəzarət paketi olan SEFE şirkəti 10 il müddətində Azərbaycan qazını almaq qərarını artıq rəsmiləşdirib.

Qaz statistikası

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, Azərbaycan 2025-ci ildə ümumən 50,9 mlrd kubmetr həcmində qaz çıxartmağa nail olub. Hasil edilən qazın 38,9 mlrd kubmetrini əmtəəlik, yəni satıla bilən həcmlərə çevirmək mümkün olub ki, bu da 2024-cü illə müqayisədə 0,7% artım deməkdir. 

İctimailəşdirilən statistik məlumatların təhlilini aparmaqla daxili bazardakı qaz istehlakını müəyyənləşdirə bilərik. Nəzərə alsaq ki, Azərbaycanın ixrac həcmləri ötən il 25,2 mlrd kubmetr təşkil edib, onda təqribən 13,7 mlrd  kubmetr mavi yanacaq ölkəmizin daxili bazarına yönəlib ki, bu da 2024-cü ilin istehlakına bərabər bir göstəricidir. Demək, daxili bazarda qazdan daha  səmərəli istifadə etmək yoluna çıxırıq. Səmərəlilik isə hər sahədə olmalıdır ki, iqtisadiyyatımız daha yüksək templərlə inkişaf edə bilsin.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı

Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı

Bu şəxslərin orta aylıq maaşı 2 min manatı ÖTDÜ – RƏSMİ

Bu şəxslərin orta aylıq maaşı 2 min manatı ÖTDÜ – RƏSMİ

Ermənistanla Rusiya arasında “Karapetyan düyünü” – Həbs olunan milyarderin MÜƏMMALI AQİBƏTİ

Ermənistanla Rusiya arasında “Karapetyan düyünü” – Həbs olunan milyarderin MÜƏMMALI AQİBƏTİ

Eniş zamanı sərnişin təyyarəsinin şassisi qopdu – ANBAAN VİDEO

Eniş zamanı sərnişin təyyarəsinin şassisi qopdu – ANBAAN VİDEO

Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı

Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı

Hindistan səfiri Şəhidlər xiyabanını ziyarət etməyib – FOTO

Hindistan səfiri Şəhidlər xiyabanını ziyarət etməyib – FOTO

Qobu sakinlərinin yol problemi: "KÜÇƏLƏR KEÇİLMƏZ VƏZİYYƏTDƏDİR" – VİDEO

Qobu sakinlərinin yol problemi: "KÜÇƏLƏR KEÇİLMƏZ VƏZİYYƏTDƏDİR" – VİDEO

“Milan” evdə qalib gəldi - VİDEO

“Milan” evdə qalib gəldi - VİDEO

Azərbaycanda nikahların sayı azalıb – Boşanmalar isə...

Azərbaycanda nikahların sayı azalıb – Boşanmalar isə...

İsrailin Azərbaycandakı keçmiş səfiri vəfat etdi

İsrailin Azərbaycandakı keçmiş səfiri vəfat etdi

Sabah Bakıda bu yollar BAĞLANACAQ – SİYAHI

Sabah Bakıda bu yollar BAĞLANACAQ – SİYAHI

Azərbaycanda əhalinin sayı AÇIQLANDI

Azərbaycanda əhalinin sayı AÇIQLANDI

Polis Bakının mərkəzindəki yanğına belə müdaxilə etdi – ANBAAN VİDEO

Polis Bakının mərkəzindəki yanğına belə müdaxilə etdi – ANBAAN VİDEO

Suriya ordusu kürd terrorçularından əraziləri geri alır – VİDEO

Suriya ordusu kürd terrorçularından əraziləri geri alır – VİDEO

Həmin videoya görə icra başçısı danlandı — Məzuniyyəti yarımçıq qoyub işə qayıtdı

Həmin videoya görə icra başçısı danlandı — Məzuniyyəti yarımçıq qoyub işə qayıtdı

İTV-nin Yayım Şurasına yeni namizədlər bəlli oldu – ADLAR

İTV-nin Yayım Şurasına yeni namizədlər bəlli oldu – ADLAR

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

“Qarabağ” – “Ayntraxt” oyununun hakimləri AÇIQLANDI

“Qarabağ” – “Ayntraxt” oyununun hakimləri AÇIQLANDI

Putinə Trampdan məktub gəlib – MÖVZU NƏDİR?

Putinə Trampdan məktub gəlib – MÖVZU NƏDİR?

Serbiya Prezidenti Azərbaycana GƏLƏCƏK

Serbiya Prezidenti Azərbaycana GƏLƏCƏK

Pekin dənizdə “Böyük Çin Divarı” qurur

Pekin dənizdə “Böyük Çin Divarı” qurur

"By Məhsəti" salonundan ŞİKAYƏT – Müştərinin pulu niyə geri qaytarılmır?

"By Məhsəti" salonundan ŞİKAYƏT – Müştərinin pulu niyə geri qaytarılmır?

İcra başçısının müavini ərinin bu videosuna görə ərizə yazdı – VİDEO

İcra başçısının müavini ərinin bu videosuna görə ərizə yazdı – VİDEO

Saleh Bağırov bəzi həmkarlarını TƏNQİD ETDİ: “Camaatın evinə soxulub dolabını açmaq lazım deyil!” - VİDEO

Saleh Bağırov bəzi həmkarlarını TƏNQİD ETDİ: “Camaatın evinə soxulub dolabını açmaq lazım deyil!” - VİDEO

End of content

No more pages to load

RADİO