“Azneft” İstehsalat Birliyi ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı görülən təhlükəsizlik tədbirləri ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.
Bizim.Media