Dollarla bağlı proqnoz verildi: 2026-cı ildə kurs belə olacaq

Azərbaycanda devalvasiya narahatlığı hər zaman mövcud olub. Əhali arasında dolların manata nisbətdə qiymətinin arta biləcəyi ehtimalı hələ də qalır. 2015-ci ilin fevral və dekabr aylarında baş verən devalvasiyanın üstündən 10 ildən çox keçməsinə baxmayaraq, əhali bunun hər an təkrarlana biləcəyi qorxusunu yaşayır.

Bugünlərdə Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə 2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi – manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək bəyanatı isə bu narahatlığı müəyyən qədər azaltdı.

Buna baxmayaraq, 2026-cı ildə Azərbaycanda dolların bahalaşması istisna edilmir. Dünyada baş verən gözlənilməz hadisələr – müharibələr, qlobal iqtisadiyyatdakı dalğalanmalar, neftin dünya bazarındakı qiyməti bu ehtimalı aktuallaşdırır.

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, ölkədə dolların məzənnəsi Mərkəzi Bankın müvafiq qərarları əsasında tənzimlənir.

O bildirib ki, hazırkı mərhələdə Azərbaycanın makroiqtisadi göstəriciləri kifayət qədər yüksəkdir:

“Dövlət Neft Fondunun vəsaitləri 80 milyard dollardan artıqdır, Mərkəzi Bankın valyuta ehtiyatları isə 11 milyard dolları ötür. Bu, ölkənin maliyyə təhlükəsizliyi üçün mühüm təminat yaradır. Eyni zamanda, əsas ixrac məhsulumuz olan neftin dünya bazarındakı qiyməti hazırda dövlət büdcəsində nəzərdə tutulan səviyyəyə uyğundur və ölkəyə kifayət qədər valyuta axını təmin edir. 
 

Bununla yanaşı, qeyri-neft sektorunda müəyyən artım müşahidə olunsa da, bəzi istiqamətlər üzrə, xüsusilə neft hasilatında təxminən 25 faizə yaxın azalma qeydə alınıb. Bu isə ölkəyə daxil olan valyuta həcminə müəyyən təsir göstərir. Bütün bunlara baxmayaraq, hazırda manatın məzənnəsində kəskin dəyişiklik və ya ciddi devalvasiya üçün əsaslı iqtisadi zəmin yoxdur”.


İqtisadçı onu da bildirib ki, makroiqtisadi göstəricilər, xüsusilə də valyuta ehtiyatlarının həcmi və dövlətin maliyyə dayanıqlığı manatın sabitliyini dəstəkləyir:

“Üstəlik, Azərbaycanın xarici borc yükü aşağı səviyyədədir və 2026-cı ildən sonra da bu sahədə ciddi risklər gözlənilmir. Bu baxımdan, yaxın aylarda və 2026-cı ilin əvvəlində dolların məzənnəsində kəskin artım və manat üçün ciddi təhlükə yaranacağını real hesab etmirəm. Manatın mövcud sabitliyini qoruması üçün kifayət qədər iqtisadi resurs və alətlər mövcuddur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Öz saçı olmadığını etiraf etdi - FOTO

Öz saçı olmadığını etiraf etdi - FOTO

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Ramazanın 25-ci gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

Ramazanın 25-ci gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

BƏƏ-nin Ərbildəki konsulluğu dronla VURULDU - VİDEO

BƏƏ-nin Ərbildəki konsulluğu dronla VURULDU - VİDEO

Futbolçular meydandan təxliyə olundu

Futbolçular meydandan təxliyə olundu

“İlber Ortaylı Zeynəb Xanlarova ilə qarşılaşanda sevindi…” - FOTO

“İlber Ortaylı Zeynəb Xanlarova ilə qarşılaşanda sevindi…” - FOTO

Biləsuvarda orta məktəb bağlanır? - RƏSMİ AÇIQLAMA

Biləsuvarda orta məktəb bağlanır? - RƏSMİ AÇIQLAMA

İsrail Tehranda iki yüksək rütbəli SEPAH kəşfiyyatçısını öldürüb

İsrail Tehranda iki yüksək rütbəli SEPAH kəşfiyyatçısını öldürüb

Lerikdə ailəsi 58 yaşlı kişinin meyitini tapdı

Lerikdə ailəsi 58 yaşlı kişinin meyitini tapdı

End of content

No more pages to load

RADİO