Nağd pul və kart dövrü bitir: QR ödənişlərin üstünlükləri nələrdir?

Son dövrlər ölkədə QR ödənişlər populyarlaşıb. Mərkəzi Bank və digər banklar da bu ödənişləri təşviq edirlər. Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bildirib ki, AMB QR ödənişlərin kiçik sahibkarlara daha sərfəli olması üçün assosiasiyalarla sıx iş aparır. Qurum rəsmisi vurğulayıb ki, xüsusilə regionlarda dövriyyəsi aşağı olan kiçik sahibkarlıq subyektləri üçün QR ödənişlər daha əlçatan və xərci aşağı ödəniş mexanizmi ola bilər. Bu baxımdan AMB QR ödənişlərin ölkə üzrə geniş tətbiqi və sahibkarlar üçün daha sərfəli olması istiqamətində həm maliyyə sektorunda, həm də qeyri-maliyyə sahəsində fəaliyyət göstərən assosiasiyalarla sıx işləyir. Maraqlıdır, QR ödənişlər niyə təşviq edilir, hansı üstünlükləri var?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bu, plastik kartdan istifadə zərurətini aradan qaldırır"
 

Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq Ekspert Qrupu"nun üzvü Timur Drokin "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, QR ödənişlər sadə və təhlükəsiz olması ilə seçilir:


"Bu üsul həm müştərilər, həm də bizneslər üçün rahat və müasir ödəniş forması təmin edir. Eyni zamanda, QR ödənişlər ekvayrinq bazarında özünəməxsus müştəri seqmentinə malikdir. Bu ödəniş üsulu sahibkarlardan əlavə xərclər və ya əlavə avadanlıq sifarişi tələb etmir, onlara satışlarını artırmaq və ödəniş mexanizmini tətbiq etmək baxımından daha açıq imkanlar yaradır. Ödəniş edən tərəf üçün üstünlük mobil telefon vasitəsilə əməliyyatı həyata keçirməkdədir. Bu, plastik kartdan istifadə zərurətini aradan qaldırır. AMB tərəfindən QR ödənişlərin vahid texniki standart və əməliyyat prinsipləri çərçivəsində tənzimlənməsi də bu istiqamətin inkişafı üçün əlverişli şərait yaradır və ödəniş mexanizmlərinin üçüncü tərəflərdən asılılığını azaldır".

"Bank bu ödəniş formasını iqtisadi cəhətdən məqsədəuyğun hesab edir"
 

ABA üzvü bildirir ki, Mərkəzi Bankın məqsədi ölkədə nağdsız ödəniş mühitini inkişaf etdirmək, rəqəmsal texnologiyaların tətbiqini sürətləndirmək və kölgə iqtisadiyyatının payını azaltmaqdır:


"QR ödənişlərin təşviqi maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirir, şəffaflığı artırır və rəqəmsal ekosistemin formalaşmasına şərait yaradır. QR ödənişlərin geniş tətbiqi maliyyə sektorunda texnoloji yeniliklərin artmasına, əməliyyatların daha çevik və səmərəli idarə olunmasına gətirib çıxarır. Banklar üçün bu, müştəri məmnuniyyətinin yüksəldilməsi, xidmətlərin maya dəyərinin azaldılması və rəqəmsal kanalların inkişafı deməkdir".

Sadəlik və əlçatanlıq
 

T.Drokin hesab edir ki, kiçik sahibkarlar üçün QR ödənişlərin əsas üstünlüyü sadəliyində və əlçatanlığındadır:


"Onlar əlavə avadanlıq almadan, minimal xərclə müştərilərdən ödəniş qəbul edə bilirlər. Bu, biznesin əməliyyat xərclərini azaldır, eyni zamanda müştərilərə daha rahat və müasir xidmət təcrübəsi yaradır. Ödənişlərin rəqəmsal uçotu sahibkarlara maliyyə axınlarını şəffaf şəkildə izləməyə və biznesin inkişafı ilə bağlı qərarları daha dəqiq verməyə imkan yaradır".

Cəld və təhlükəsiz əməliyyatlar
 

Bank eksperti Emin Kərimov deyir ki, QR sözü "Quick Response" ifadəsinin qısaltmasıdır və tərcüməsi də onun mahiyyətini əks etdirir. Yəni bu sistem daha cəld və təhlükəsiz əməliyyatların icrasına imkan yaradır:


"Bu, təmassız ödəniş texnologiyasıdır. Həm dünyada, həm də ölkəmizdə getdikcə daha geniş yayılır. Bazarda bu sahənin inkişafına ciddi tələbat var. QR ödənişlərin əsas üstünlüklərindən biri odur ki, əməliyyat zamanı PIN-kod, kart məlumatı və digər şəxsi məlumatların daxil edilməsinə ehtiyac qalmır. İstifadəçi sadəcə POS terminala yaxınlaşıb, telefon vasitəsilə QR kodu yaradaraq saniyələr içində ödənişi icra edir. Bu proses zamanı nə OTP, nə də əlavə şəxsi məlumat tələb olunur. Məhz bu səbəbdən QR texnologiyalarının inkişaf etdirilməsi və təşviqi həm dünya üzrə, həm də ölkəmizdə prioritet istiqamətlərdən biridir".

QR ödənişlərin faydası böyükdür
 

Mütəxəssisin sözlərinə görə, maliyyə sektoru üçün də QR ödənişlərin faydası böyükdür:


"Bu, yeni texnologiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, POS terminal şəbəkəsinin - xüsusilə də mobil POS həllərinin - inkişafına müsbət təsir göstərir. Eyni zamanda POS terminalların sifarişi, ölkəyə gətirilməsi və quraşdırılması ilə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaldır. Çünki bəzi sahibkarlar POS cihazlarının baha olmasını əsas gətirərək onlardan istifadəni gecikdirirdilər. Mobil və QR əsaslı POS-lar isə həm sərfəlidir, həm də iqtisadiyyatın şəffaflaşmasına, qeyri-rəsmi dövriyyənin azalmasına töhfə verir".

Təhlükəsizliyə gəldikdə isə, E.Kərimov bildirir ki, QR ödənişlər etibarlıdır. Lakin digər sahələrdə olduğu kimi burada da müəyyən risklər mövcuddur:

"Əsas risk saxta QR kodların yaradılması ilə bağlıdır. Xüsusilə sosial şəbəkələrdə saxta, hətta qumar və digər qanunsuz fəaliyyətləri təbliğ edən QR kodlara rast gəlinə bilər. Buna görə də istifadəçi QR kodun mənbəyini araşdırmadan ondan istifadə etməməlidir. Ümumilikdə, QR ödənişlərdə şəxsi məlumatlardan daha az istifadə olunduğuna görə təhlükəsizlik səviyyəsi yüksəkdir. Bu texnologiyaların inkişafı bank və fintek sektorunda yeni məhsulların yaranmasına müsbət təsir göstərir. Artıq metroda və ictimai nəqliyyatda QR ödənişlərin geniş tətbiqi əməliyyatların daha sürətli və təhlükəsiz şəkildə icra olunmasına imkan yaradır. Nağd ödəniş qəbul edən obyektlərdə də QR texnologiyaları nağdsız dövriyyənin artmasına şərait yaradır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan nəvələrinin sayını açıqladı: "...sayımızı artırmalıyıq"

Ərdoğan nəvələrinin sayını açıqladı: "...sayımızı artırmalıyıq"

İranda matəm elan edildi

İranda matəm elan edildi

İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO

İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

İstanbul aeroportlarında 78 uçuş ləğv olundu

İstanbul aeroportlarında 78 uçuş ləğv olundu

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO

Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO

Oğuz qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Oğuz qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Bakıda tıxac problemi necə həll ediləcək?

Bakıda tıxac problemi necə həll ediləcək?

Tehran hazırda - ANBAAN VİDEO

Tehran hazırda - ANBAAN VİDEO

Kaya Kallas postundan uzaqlaşdırılmalıdır - FİTSO

Kaya Kallas postundan uzaqlaşdırılmalıdır - FİTSO

ABŞ-lı analitikdən diqqətçəkən paylaşım - FOTO

ABŞ-lı analitikdən diqqətçəkən paylaşım - FOTO

İcra başçısına ağır itki - FOTO

İcra başçısına ağır itki - FOTO

“Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin” - FOTO

“Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin” - FOTO

İranda 38 polis öldürülüb - VİDEO

İranda 38 polis öldürülüb - VİDEO

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Məşhur müğənni 34 yaşında vəfat etdi

Məşhur müğənni 34 yaşında vəfat etdi

Larisa Dolina evindən çıxarılacaq? - SƏBƏB

Larisa Dolina evindən çıxarılacaq? - SƏBƏB

İstanbul Hava Limanında 54 reys ləğv edildi

İstanbul Hava Limanında 54 reys ləğv edildi

İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: 1 ölü, 10 yaralı var - FOTO

İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: 1 ölü, 10 yaralı var - FOTO

Sabah İstanbul məktəblərində dərs olmayacaq - SƏBƏB

Sabah İstanbul məktəblərində dərs olmayacaq - SƏBƏB

Bakıda torpaq sahələri bahalaşdı - VİDEO

Bakıda torpaq sahələri bahalaşdı - VİDEO

Qara Qarayevin iş yeri BƏLLİ OLDU

Qara Qarayevin iş yeri BƏLLİ OLDU

Prezident: Kuba 66 ildir ABŞ-ın hücumlarına məruz qalır - FOTO

Prezident: Kuba 66 ildir ABŞ-ın hücumlarına məruz qalır - FOTO

End of content

No more pages to load

RADİO