Orta məktəblərdə alternativ enerjidən istifadə edilir – Layihəyə start verildi

0:00
0:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, bp və tərəfdaşlarının dəstəyi ilə "Pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi" layihəsi həyata keçirilir. Layihə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən icra edilir.

Bizim.Media xəbər verir ki, layihə ilə bağlı Sfera.az-a danışan Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev bildirdi ki, "Bu layihə Azərbaycanda təbii qaz və ya digər alternativ istilik sistemləri ilə təchiz olunmamış məktəblərin pellet yanacağı vasitəsi ilə qızdırılmasını nəzərdə tutur. Pellet yanacağı ağac və taxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan ekoloji təmiz, təbiət dostu bir enerji mənbəyidir. 

Layihə çərçivəsində Azərbaycanın Tovuz və Ağstafa rayonunda seçilmiş 5 orta məktəbin, ümumilikdə 6 korpusunda pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb və bu qış mövsümündə məktəblərin isidilməsi təmin edilib”.

O xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2030-cu il üçün müəyyən etdiyi beş hədəfdən biri də Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsidir:

"Bu proqramın əsas müddəalarından olan yaşıl artım Azərbaycanda ekoloji təmiz enerji mənbələrinin geniş istifadəsini, meşələrin və yaşıllıqların qorunmasını, artırılmasını vacib edir.

Bu gün planetimizdə ətraf mühitin qorunması və yaşıl həyat dedikdə ilk ortaya çıxan məsələlərdən biri də ekoloji təmiz və bərpa oluna bilən enerji mənbələrindən istifadə edilməsidir. Bu baxımdan təklif olunan layihənin icrası benefisiar icmalarda olan məktəblərdə istilik probleminin həlli ilə yanaşı Azərbaycanda bərpa oluna bilən, ekoloji təmiz enerji mənbələrinin yaradılması və geniş istifadəsinə də təkan verəcəkdir”. 

Saytımızın əməkdaşı layihənin icra edildiyi regiona səfər zamanı layihənin uğurla davam etdiyinə şahid olub. Belə ki, müxbirimiz Tovuz rayonunun Çobansığnaq, Sarıtala, Kirən kənd məktəblərində, Əlimərdanlı kənd məktəbinin köhnə və yeni korpusunda, eyni zamanda Ağstafa rayonu Köçəsgər kənd məktəblərinin sinif otaqlarında pellet yanacağı ilə çalışan xüsusi sobaların quraşdırıldığını, hazırda məktəblərdə fasiləsiz olaraq yanacaq təminatının həyata keçirildiyini müşahidə edib. 

Bundan əlavə, layihə çərçivəsində Tovuz rayonunun Kirən kəndində orta məktəbin dam örtüyü əsaslı təmir olunub, sinif otaqlarında təmir işləri aparılıb. Həmçinin rayonun Çobansığnaq kənd orta məktəbinin də sinif otaqlarında əsaslı təmir işləri həyata keçirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

End of content

No more pages to load

RADİO