Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 2014-cü il oktyabrın 6-dan sonra ilk dəfə olaraq, 1 barel üçün 93 ABŞ dollarını ötüb.
Bizim.Media birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,21 % bahalaşaraq, 1 bareli 93,47 ABŞ dollarına satılıb.
"WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə əksinə 0,29 % düşərək, 1 bareli 92,04 ABŞ dolları təşkil edib.
Bizim.Media