Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dollar və ya 1,58 % azalaraq 65,57 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.
Belə ki, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 62,51 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,96 ABŞ dolları və ya 1,49 % azalaraq 63,57 ABŞ dolları təşkil edib.
Bizim.Media