Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq – VİDEO

Yeni ildən Vergi Məcəlləsinə edilən bir sıra dəyişikliklər qüvvəyə minəcək. Dəyişikliklər xaricdən əldə olunan dividend gəlirləri ilə bağlı vergi dərəcələrini də əhatə edir. Belə ki, bu gəlirlərə tətbiq olunan vergi dərəcəsi üç dəfəyədək azaldılır.

Bizim.Media xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, xarici ölkələrdən dividend gəliri əldə edən fiziki şəxslər gəlir vergisi bəyannaməsi təqdim etməli və həmin gəlirdən 14 faiz dərəcəsi ilə vergi ödəməli idilər.

Eyni zamanda, xaricdə tutulmuş vergi məbləği Azərbaycanda hesablanan vergi məbləği nəzərə alınmaqla tətbiq olunurdu.

Yeni dəyişikliklərə əsasən isə gələn ildən xaricdən əldə olunan dividend gəlirləri üzrə vergi dərəcəsi 14 faizdən 5 faizə endirilir. Bu qərarın əsas məqsədi vətəndaşları xaricdə əldə etdikləri gəlirləri könüllü şəkildə vergi orqanlarına bəyan etməyə təşviq etməkdir.
 

Qeyd edək ki, Azərbaycan Respublikası bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər çərçivəsində vergi məlumatlarının mübadiləsini həyata keçirir. Bu mexanizm vasitəsilə xaricdə gəlir əldə edib bunu bəyan etməyən şəxslər müəyyən olunur, onların vergi uçotuna alınması təmin olunur və ödənilməmiş vergilər dövlət büdcəsinə bərpa edilir.


Qanunvericiliyə əsasən, fiziki şəxslər xaricdə əldə etdikləri dividend gəlirlərini bəyan etməli və vergi uçotunda olmalıdırlar. Əgər şəxs xaricdə tutulmuş vergi ilə bağlı təsdiqedici sənədi təqdim edərsə, Azərbaycanda əksər hallarda əlavə vergi öhdəliyi yaranmır.

İqtisadçı ekspert Emin Səttarovun sözlərinə görə, xarici ölkələrin əksəriyyətində dividend gəlirləri üzrə vergi dərəcəsi 5 faizdən yüksəkdir.

Onun fikrincə, fiziki şəxs əvvəlcədən vergi uçotuna durmalı, növbəti ilin martın 31-dək gəlir vergisi bəyannaməsini təqdim etməli və xaricdə tutulmuş verginin təsdiqedici sənədini əlavə etməlidir. Bu halda vergi hesablanarkən həmin məbləğ nəzərə alınır.

Daha ətraflı ATV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Öz saçı olmadığını etiraf etdi - FOTO

Öz saçı olmadığını etiraf etdi - FOTO

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Ramazanın 25-ci gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

Ramazanın 25-ci gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

BƏƏ-nin Ərbildəki konsulluğu dronla VURULDU - VİDEO

BƏƏ-nin Ərbildəki konsulluğu dronla VURULDU - VİDEO

Futbolçular meydandan təxliyə olundu

Futbolçular meydandan təxliyə olundu

End of content

No more pages to load

RADİO