2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq - SİYAHI

Əhalinin məişət xərclərində kommunal ödənişlərin xüsusi çəkisi olduğundan, bu sahədə mümkün qiymət artımları hər zaman ictimai maraq doğurur. Xüsusilə, ilin sonu və ya əvvəlində bu mövzu yenidən gündəmə gəlir. Qarşıdan 2026-cı ilin gəlməsi isə “kommunal xidmətlərin qiymətləri artacaqmı?” sualını aktuallaşdırır.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “konkret.az”a açıqlamasında bildirib ki, ölkədə kommunal və məişət xidmətləri üzrə qiymət artımları illərdir müşahidə olunur, lakin bu proses sosial həssaslıq nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, Azərbaycan sosialyönümlü dövlət olduğu üçün qiymət artımları ilk növbədə qeyri-yaşayış obyektlərinə tətbiq edilir.

Əhali üçün nəzərdə tutulan kommunal xidmətlərdə isə artımlar daha sonra və nisbətən cüzi həcmdə baş verir:

“Hər il manatın alıcılıq qabiliyyətində dəyişiklik olur, inflyasiya faizləri açıqlanır. Bu isə xidmətlərin maya dəyərinin artmasına gətirib çıxarır. Nəticədə həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətlərin təklif qiymətləri də artırılır. Lakin bu artımlar mərhələli şəkildə aparılır ki, əhali ciddi iqtisadi zərbə almasın”.

V.Oruc qeyd edib ki, 2026-cı illə bağlı iqtisadi proqnozlar da tam ürəkaçan deyil və bu baxımdan növbəti ildə də kommunal xidmət haqlarında artım ehtimalını istisna etmək olmaz:

“Əgər vergilərdə artım baş verirsə, yeni vergi istiqamətləri müəyyənləşdirilirsə, dövlət büdcəsinin xərcləri optimallaşdırılırsa və qənaət rejiminə keçilirsə, bu, müəssisələrin daxili borclarını azaltmaq üçün qiymət artımlarına getməsinə səbəb ola bilər”.

Ekspert əlavə edib ki, artıq istilik şəbəkələri, lift xidmətləri və digər oxşar sahələrdə maya dəyərinin artması ilə bağlı məlumatlar mövcuddur. Həmçinin Bakı metrosunun da ciddi büdcə kəsiri yaşadığını, əldə etdiyi gəlirlərin xərcləri ödəmədiyini vurğulayıb.

“Bu baxımdan hesab edirəm ki, 2026-cı ildə də müəyyən kommunal xidmətlər və məişət xərcləri üzrə qiymətlərin mərhələli şəkildə, əhali üçün ciddi problem yaratmayacaq formada artırılması gözləniləndir”, – deyə Vüqar Oruc bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Öz saçı olmadığını etiraf etdi - FOTO

Öz saçı olmadığını etiraf etdi - FOTO

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Ramazanın 25-ci gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

Ramazanın 25-ci gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

BƏƏ-nin Ərbildəki konsulluğu dronla VURULDU - VİDEO

BƏƏ-nin Ərbildəki konsulluğu dronla VURULDU - VİDEO

Futbolçular meydandan təxliyə olundu

Futbolçular meydandan təxliyə olundu

End of content

No more pages to load

RADİO