İşdən çıxan şəxsə nə qədər pul verilməlidir?

Çoxunun “rasşotnoy” adlandırdıqları son haqq-hesab işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verildiyi ay üzrə əməkhaqqı, istifadə edilməmiş məzuniyyətin kompensasiyası və qanunla müəyyən olunan işdənçıxarma müavinətindən ibarət vəsaitdir.

Bəs bu ödənişlərin məbləği necə müəyyən olunur? 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qanunvericiliyə görə, işdən azad olunan işçiyə həmin ayda işlədiyi günlərə görə əməkhaqqı ödənilməlidir.

Əməkhaqqı işçinin işlədiyi günlərə görə hesablanır.

Məsələn, vəzifə maaşı 1200 manat olan işçinin əmək müqaviləsinə 2025-ci ilin dekabr ayının 19-da xitam verilib. 22 iş günü olan ayda işçi 14 gün işdə olub. Bu halda işçinin əməkhaqqı məbləği 763,63 manat (1200*22x14) təşkil edəcək. Bu məbləğdən müvafiq tutulmalar edilir.

Həmçinin əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 

Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı hesablanarkən əməkhaqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.

Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 ayın orta əməkhaqqısına əsasən müəyyən edilir.

Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqısının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə birgünlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş birgünlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin günlərinin sayına vurulur.

Məsələn, işçi məzuniyyətdən əvvəlki 12 ay ərzində 14 min 400 manat ödəniş alıbsa, bu məbləğ 12-yə bölünməklə orta aylıq əməkhaqqı tapılır (1200 manat) və alınan məbləğ 30,4 -ə bölünməklə birgünlük əməkhaqqı məbləği (39,47 manat) müəyyən edilir. Bu məbləğ əsas məzuniyyət günlərinin sayına vurulmaqla məzuniyyətə görə pul əvəzi ödənilir (Bu məbləğdən də müvafiq tutulmalar edilir).

Bu zaman əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. 

Eyni zamanda, məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

Belə ki, il ərzində işçiyə 30 gün (hər ay üçün 2,5 gün) məzuniyyət günü düşür. Lakin işçi ili tam işləməyibsə, o zaman, işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır.

Məsələn, 2024-cü il dekabr-2025-ci il dekabr dövrü üzrə məzuniyyətindən 2025-ci ilin iyun ayında istifadə etmiş işçi ilə 2025-ci ilin avqust ayında əmək münasibətlərinə xitam verildikdə, ödənilmiş məzuniyyət haqqının bir hissəsi işçidən tutula bilər.    

Bundan başqa, məzuniyyətindən istifadə etməmiş işçiyə əmək müqaviləsinə xitam verilərkən (müəyyən hallar istisna olmaqla) ona öz arzusu ilə məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 

Həmçinin iş yeri ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar olunduqda işçiyə həmin müəssisə ilə bağlanmış əmək müqaviləsi üzrə iş stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: 

1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

5 ildən 10  ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yanır - VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yanır - VİDEO

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Gürcüstanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ

Gürcüstanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ

Ucarda itlərin hücumuna məruz qalan şəxsin SON DURUMU

Ucarda itlərin hücumuna məruz qalan şəxsin SON DURUMU

Çağdaş tariximizin LİDERİ

Çağdaş tariximizin LİDERİ

Vuçiç İlham Əliyevə ZƏNG ETDİ

Vuçiç İlham Əliyevə ZƏNG ETDİ

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Uşaqlar arasında yeni virus YAYILIR – Qorunma və müalicə ÜSULLARI

Uşaqlar arasında yeni virus YAYILIR – Qorunma və müalicə ÜSULLARI

Xaçmazda 8 otaqlı yaşayış evi tam yanıb - TƏFƏRRÜAT

Xaçmazda 8 otaqlı yaşayış evi tam yanıb - TƏFƏRRÜAT

Hikmət Hacıyev Prezidentin doğum gününü təbrik etdi – VİDEO

Hikmət Hacıyev Prezidentin doğum gününü təbrik etdi – VİDEO

Roma Papası Azərbaycana nə vaxt səfər edəcək?

Roma Papası Azərbaycana nə vaxt səfər edəcək?

Gündüz İsmayılov: “Bizə qarşı soyqırımlarda yəhudi qardaşlarımız da məhv edilib”

Gündüz İsmayılov: “Bizə qarşı soyqırımlarda yəhudi qardaşlarımız da məhv edilib”

Novruz Məmmədovun səhhətində problem yaranıb?

Novruz Məmmədovun səhhətində problem yaranıb?

Sumqayıtda TIR aşdı – VİDEO

Sumqayıtda TIR aşdı – VİDEO

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin AÇILIŞINDA

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin AÇILIŞINDA

Komitə sədrinin müavini: “Din xadimlərinin II Forumunda respublikanın bütün bölgələri təmsil olunur”

Komitə sədrinin müavini: “Din xadimlərinin II Forumunda respublikanın bütün bölgələri təmsil olunur”

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

WhatsApp Rusiyada tam bloklanacaq?

WhatsApp Rusiyada tam bloklanacaq?

Putin İlham Əliyevə ZƏNG ETDİ

Putin İlham Əliyevə ZƏNG ETDİ

Şavkat Mirziyoyevdən İlham Əliyevə TELEFON ZƏNGİ

Şavkat Mirziyoyevdən İlham Əliyevə TELEFON ZƏNGİ

“Qarabağ”ın legionerinə Braziliyadan TƏKLİF

“Qarabağ”ın legionerinə Braziliyadan TƏKLİF

İlham Əliyev və Mehriban Əliyeva Xankəndidə Zəfər parkının AÇILIŞINDA - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Xankəndidə Zəfər parkının AÇILIŞINDA - FOTO

DYP-dən ÇAĞIRIŞ: “Bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa dəyməz”

DYP-dən ÇAĞIRIŞ: “Bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa dəyməz”

Özündən 16 yaş kiçik fenomenlə evlənir

Özündən 16 yaş kiçik fenomenlə evlənir

End of content

No more pages to load

RADİO