Azərbaycanda bu şəxslərə 1600 manat VERİLƏCƏK – RƏSMİ

Xəbər verdiyimiz kimi, Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktının icrasına başlanılıb və bu proses davam edir.

Ümumilikdə 20 min şəxsə aid ediləcək amnistiya aktının icrası 4 ay ərzində icra edilməlidir.

Ədliyyə Nazirliyindən bildirilib ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə penitensiar müəssisələr üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.

Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır. Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.

Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə “Oxu24.com”un sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun  ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili  bildirib ki,cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Hazırda həmin müavinətin məbləği 1600 manatdır.

Bəs, cəza çəkməkdən azad edilmiş şəxslər bu  məbləği almaq üçün  hara müraciət etməlidir? Tələb olunan sənədlər hansılardır?  

Qurumdan verilən məlumata görə,qeyd olunan müavinətin təyin olunması üçün şəxs həmin hüququn yarandığı tarixdən sonra yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə aşağıda qeyd olunan sənədlərlə müraciət edə bilər:

- Şəxsiyyət vəsiqəsinin surəti (vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

- Azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti;

- Cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı;

- Məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti.

Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan müavinəti ala bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Öz saçı olmadığını etiraf etdi - FOTO

Öz saçı olmadığını etiraf etdi - FOTO

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Ramazanın 25-ci gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

Ramazanın 25-ci gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

BƏƏ-nin Ərbildəki konsulluğu dronla VURULDU - VİDEO

BƏƏ-nin Ərbildəki konsulluğu dronla VURULDU - VİDEO

Futbolçular meydandan təxliyə olundu

Futbolçular meydandan təxliyə olundu

End of content

No more pages to load

RADİO