Ötən il Azərbaycanda otellərin gəliri 209,2 milyon manat olub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən sektorda 2020-ci illə müqayisədə 79,1 faiz artım qeydə alınıb.
Gəlirlərin 59,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bizim.Media