Azərbaycan benzini Ermənistanın yanacaqdoldurma şəbəkələrində

Uzun illər sonra Azərbaycan və Ermənistan arasında neft məhsulları ticarəti həyata keçirilib.

Bizim.Media xəbər verir ki, Bakıdakı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan Aİ-95 markalı 1220 ton benzin Gürcüstan ərazisi vasitəsilə Ermənistana ixrac edilib. Bu həcmin ümumi miqdarı 22 vaqonluq yükə bərabərdir.

Alıcı Ermənistanın “Mega Trade” şirkətidir. Azərbaycan tərəfi rəsmi olaraq müqavilənin hansı qurumla bağlandığını açıqlamayıb, lakin ehtimal olunur ki, ixrac SOCAR-ın törəmə şirkətlərindən biri vasitəsilə həyata keçirilib.

Ermənistan KİV-lərinin məlumatına görə, Azərbaycandan idxal olunan benzin Ran Oil yanacaqdoldurma şəbəkəsi vasitəsilə satışa çıxarılacaq. Rəsmi satış qiyməti hələ elan edilməyib, lakin “Mega Trade” şirkəti bildirir ki, Azərbaycandan idxal benzin qiymətlərinin azalmasına imkan yaradacaq.

Şirkətin yaydığı press-relizdə vurğulanır ki, Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalar çərçivəsində və mövcud prosedurlara uyğun olaraq, “Mega Trade” ölkəyə neft məhsullarının idxalına başlayır. Məqsəd alternativ təchizat marşrutunun işə salınması, bazarın diversifikasiyası, rəqabət mühitinin gücləndirilməsi və istehlakçılar üçün daha əlçatan təkliflərin yaradılmasıdır, bütün keyfiyyət və təhlükəsizlik standartlarına riayət edilməklə.

Şirkət bildirir ki, təchizatın sabitliyi və proqnozlaşdırıla bilməsi, həmçinin yeni yanacaq mənbələrinin cəlb edilməsi bazarda tarazlığın qorunmasına, eləcə də ölkənin enerji və iqtisadi dayanıqlığının möhkəmlənməsinə xidmət edəcək.

2024-cü ildə Ermənistan ümumilikdə təxminən 520 min ton benzin və dizel yanacağı idxal edib, əsasən Rusiyadan. Ölkənin illik yanacaq ehtiyacı isə təxminən 300 min ton təşkil edir. Nisbətən kiçik bazarda isə Azərbaycan benzini keyfiyyəti və daha aşağı nəqliyyat xərcləri sayəsində rəqabətqabiliyyətli ola bilər.

Ermənistan ekspertləri qeyd edirlər ki, Azərbaycandan yanacaq idxalının başlanması Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq imkanı yaradır. Ötən il ölkə benzinin təxminən 65%-ni Rusiyadan alıb, bu da təchizatın diversifikasiyasını xüsusi aktuallaşdırır.

İrəvanda Regional Araşdırmalar Mərkəzinin elmi işçisi, Emily Babakanyan-Freizer “Azadlıq Radiosu”nun Ermənistan bürosuna müsahibəsində bildirib ki, bu addım Ermənistanın enerji asılılığını azaltmaq baxımından faydalı ola bilər. Lakin o, mümkün risklərə də toxunub: Bakı və İrəvan arasında münasibətlər yenidən gərginləşərsə, yanacaq təchizatı dayandırıla bilər, bu isə Ermənistanı çətin vəziyyətə sala bilər.

Ekspertin qənaətinə görə, risklərə baxmayaraq, orta və uzun müddətdə Azərbaycanın neft məhsulları idxalı Ermənistanın yanacaq təminatının diversifikasiyasını gücləndirə və ölkənin enerji balansının dayanıqlığını artırmaq potensialına malikdir. (Haqqin.az)


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Mbappe Ronaldonun rekordunu təkrarladı

Mbappe Ronaldonun rekordunu təkrarladı

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Maştağada obyekt yandı - VİDEO

Maştağada obyekt yandı - VİDEO

Günay Arazova: "Mənimlə tanış olmaq istəyən kişilər..." - VİDEO

Günay Arazova: "Mənimlə tanış olmaq istəyən kişilər..." - VİDEO

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Azərbaycana bu il Gürcüstandan nə qədər avtomobil gətirilib?

Azərbaycana bu il Gürcüstandan nə qədər avtomobil gətirilib?

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı

Evakuatorla daşınan avtomobil yolda digər maşının üstünə düşdü - VİDEO

Evakuatorla daşınan avtomobil yolda digər maşının üstünə düşdü - VİDEO

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

Məşhurların məmur ÖVLADLARI – ARAŞDIRMA

Məşhurların məmur ÖVLADLARI – ARAŞDIRMA

Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbə endirdi - VİDEO

Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbə endirdi - VİDEO

"Qəbələ" bu gün "Qarabağ"ı sınağa çəkəcək

"Qəbələ" bu gün "Qarabağ"ı sınağa çəkəcək

Azərbaycan benzini Ermənistanın yanacaqdoldurma şəbəkələrində

Azərbaycan benzini Ermənistanın yanacaqdoldurma şəbəkələrində

Putinin xüsusi nümayəndəsindən Mayamidəki danışıqlarla bağlı AÇIQLAMA - VİDEO

Putinin xüsusi nümayəndəsindən Mayamidəki danışıqlarla bağlı AÇIQLAMA - VİDEO

Türkiyədə ağır qəza: 5 ölü, 1 yaralı var - FOTO/VİDEO

Türkiyədə ağır qəza: 5 ölü, 1 yaralı var - FOTO/VİDEO

"Mançester Siti" liderliyə YÜKSƏLDİ

"Mançester Siti" liderliyə YÜKSƏLDİ

Vətən müharibəsi iştirakçısı 38 yaşında vəfat etdi

Vətən müharibəsi iştirakçısı 38 yaşında vəfat etdi

Monteneqro şirkətləri sənaye zonalarında investisiya imkanlarından yararlanmağa dəvət olundu

Monteneqro şirkətləri sənaye zonalarında investisiya imkanlarından yararlanmağa dəvət olundu

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

End of content

No more pages to load

RADİO