Azərbaycanda əkinlərin donvurmadan sığortası başladı – Qayda və şərtlər 

Azərbaycanda ilk dəfə olaraq meyvə bağlarının və əkin sahələrinin donvurma-şaxtavurmadan sığortası başlayıb. 

Aqrar Sığorta Fondundan Bizim.Media-ya verilən məlumata görə, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi artıq donvurma riskini də əhatə edir. 

Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli müvafiq qərarları ilə aqrar sığortanın təminat verdiyi risklərin siyahısı bir qədər də genişləndirilib və buraya şaxtavurma riski də əlavə edilib. 

“Aqrar sığorta ilə bağlı regionlarda keçirilən görüşlərdə fermerlərin qaldırdığı və ən çox ehtiyac duyulan sığorta risklərindən biri də donvurmadan sığorta idi. Bunu nəzərə alaraq təsərrüfatların effektiv qorunması məqsədilə aqrar sığortanın əhatə dairəsinə bu risk də əlavə edilib” - deyə Aqrar Sığorta Fondundan bildirilir. 

Nəticədə fermerlər və əkinlə məşğul olan sahibkarlar meyvə bağlarını və əkinlərini donvurma riskindən güzəştli şərtlərlə sığorta edə bilərlər. Aqrar sığortanın bütün məhsullarında olduğu kimi, şaxtavurma (donvurma) sığortasında da sığorta haqqının yarısını fermerə dəstək məqsədilə dövlət ödəyir. 

Şaxtavurma-donvurma - əkinçilikdə, xüsusilə də meyvəçilikdə təsərrüfatlara ən çox zərər vuran risklərdəndir.

Bütün dünyada, o cümlədən Azərbaycanın təcrübəsindən yararlandığı Türkiyədə hər il donvurmadan dəyən zərərə görə, böyük məbləğdə sığorta ödənişləri edilir. 

Azərbaycanda şaxtavurma-donvurmadan sığorta, ayrıca sığorta riski kimi nəzərdə tutulub. Əkin sahəsini bu riskdən sığorta etmək istəyən fermerlər onu əlavə ödəniş etməklə, baza zərfinə əlavə olaraq ala bilərlər. 

Donvurma riski üzrə alma, armud, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, alça, albalı, çiyələk, zeytun, badam, qoz, fındıq, limon, naringi, portağal bağlarını sığortalamaq mümkündür. 
Sığorta tarifləri regionlardan asılı olaraq dəyişir, istənilən halda sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

End of content

No more pages to load

RADİO