İsveçrənin Luqano şəhərində bitcoin gündəlik ödəniş vasitəsinə çevrilib. Şəhər rəhbərliyi mağaza, kafe və restoranlara kriptovalyuta ilə ödəniş üçün xüsusi terminalları pulsuz təqdim edir.
Bizim.Media xəbər verir ki, hazırda Luqanoda təxminən 360 obyekt bitcoin qəbul edir.
Bitcoinlə təkcə yemək və alış-veriş deyil, uşaq bağçası kimi kommunal xidmətlərin də ödənişi mümkündür.
Məsələn, “McDonald’s”da bir fincan qəhvənin qiyməti 0,00008629 bitcoin (təxminən 8,8 dollar) təşkil edir.
Şəhər sakinləri və turistlər bunu maliyyə azadlığı kimi qiymətləndirir, Luqano isə Avropada kriptovalyutanın gündəlik istifadəsinə nümunə göstərilən şəhərlərdən birinə çevrilir.
Bizim.Media