Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək

“Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizlik dərəcələr isə 8 faizə çatdırılacaq”.

Bizim.Media xəbər verir ki, bunu “qafqazinfo.az”a açıqlamasında deputat Vüqar Bayramov bildirib.
 

Onun sözlərinə görə, bu o deməkdir ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət üçün ödəniş minimum aylıq əməkhaqqının 5 faizi miqdarından 8 faizədək artırılır:


“Digər sabit qəbz tələb olunan fəaliyyət növlərində isə dərəcələr 3 faizdən 5 faizə çatdırılır. Bu fəaliyyət növləri üzrə regional əmsalların tətbiqini də nəzərə aldıqda, paytaxt və bir sıra iri şəhərlərdə ödənilən məbləğ daha yüksək olur. Belə ki, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2,0, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 və digər şəhər və rayonlarda is 1,0 əmsalından istifadə edilir”.

Deputat bildirib ki, yeni dəyişikliklərdən sonra, sözügedən fəaliyyətlə məşğul olanların ödənişlərində artımlar qeydə alınacaq:

“Məsələn bərbər fəaliyyəti ilə məşğul olanlar əvvəl Bakıda 24 manat (400 manat (minimum əmək haqq) x 3 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 40 manat (400 manat (minimum əmək haqqı) x 5 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni bərbərlərin aylıq ödənişində Bakı şəhərində 16 manat artım qeydə alınacaq. Belə 2 faizlik artım x2 əmsal = 4 faiz edir.
 

Minimum əməkhaqqı da 400 manat olduğu üçün 16 manat (400 manat x 4 faiz) artım qeydə alınır. Və ya fərdi foto fəaliyyəti ilə məşğul olan şəxslər əvvəl Bakıda 40 manat (400 manat (minimum əmək haqq) x 5 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 64 manat (400 manat (minimum əmək haqqı) x 8 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni həmin şəxslərin ödənişlərində 24 manat artım olacaq.


Gözlənilir ki, yeni dərəcələr sabit qəbzin tətbiq edildiyi sahələrdə xərcləri artıracaq. Adətən isə sahibkarlar məcburi öhdəliklər üzrə xərclər artan zaman qiymət artımlarına gedirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Öz saçı olmadığını etiraf etdi - FOTO

Öz saçı olmadığını etiraf etdi - FOTO

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Ramazanın 25-ci gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

Ramazanın 25-ci gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

BƏƏ-nin Ərbildəki konsulluğu dronla VURULDU - VİDEO

BƏƏ-nin Ərbildəki konsulluğu dronla VURULDU - VİDEO

End of content

No more pages to load

RADİO