Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında son vaxtlarda ortaya çıxan bəzi çətinliklərin aradan qaldırılması yolları müzakirə edilib.
Səfir M. Boçarnikov ölkələr arasında siyasi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, iqtisadi tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Nazir M. Cabbarov Rusiyanın ölkənin əsas ticarət tərəfdaşlarından və qeyri-neft ixracında ilk yerdə olduğunu, kənd təsərrüfatı, sənaye, nəqliyyat-tranzit, investisiya, turizm və s. sahələrdə uğurlu əməkdaşlığı, əlaqələrin inkişafı üçün böyük potensialını qeyd edib.
Görüşdə Azərbaycan İnvestisiya Holdinqi ilə əməkdaşlıq perspektivləri, həmçinin azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə Rusiya şirkətlərinin iştirakına dair müzakirələr, növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media